Azərbaycanda HPV-nin yayılması ilə bağlı ATU əməkdaşlarından ilk genişmiqyaslı beynəlxalq tədqiqat
12.11.2026 11:24

Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşlarının həmmüəllifi olduğu elmi tədqiqat beynəlxalq nüfuzlu “Mikrobiyoloji Bülteni” jurnalında dərc edilib.

 

Universitetdən Aztibb.az-a verilən xəbərə görə, ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının əməkdaşlarının apardığı araşdırma Azərbaycanda insan papilloma virusunun (HPV) yüksək riskli genotiplərinin yayılmasını müxtəlif yaş qrupları və regionlar üzrə öyrənən ilk genişmiqyaslı beynəlxalq elmi hesabatlardan biri kimi xüsusi əhəmiyyət daşıyır.

 

Tədqiqat ölkəmizdə HPV infeksiyasının molekulyar epidemiologiyasının öyrənilməsi və epidemioloji nəzarət sisteminin inkişafı baxımından mühüm elmi töhfə hesab olunur.

 

835 qadının laborator nəticələrinin təhlili əsasında aparılan araşdırmada iştirakçıların 37,7 faizində HPV, 31,3 faizində isə yüksək riskli HPV genotipləri aşkarlanıb. Ən geniş yayılan genotiplər HPV-16, HPV-52 və HPV-66 olub.

 

Müəllifləri Lalə Kazımova, Ruqiyyə Səmədzadə, Müslüm Xanalıbəyli, Yavər Hacısoy və Ramin Bayramlı olan tədqiqatın nəticələri Azərbaycanda HPV infeksiyasının yayılma xüsusiyyətlərinin daha dərindən öyrənilməsi, risk qruplarının müəyyənləşdirilməsi və gələcək profilaktik strategiyaların hazırlanması üçün elmi əsas yaradır.

 

Qeyd edək ki, “Mikrobiyoloji Bülteni” “Web of Science” (SCIE), “Scopus,” “PubMed/MEDLINE” və EMBASE beynəlxalq elmi bazalarında indekslənir. Jurnalın Impact Factor göstəricisi 0,8, CiteScore göstəricisi 1,5, SJR kvartili Q3, JCR kvartili isə Q4-dür.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
                  Qızıl birləşmələrini metal qızıla çevirən bakteriya aşkar edilib                        
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub  
İlon Mask: Görmə qabiliyyətini bərpa etməyə yönəlmiş beyin implantı sınaqlara hazırdır
Bağırsağın quruluşundan ilhamlanan bakterial bioelement hazırlandı
Diabet və piylənmənin dərmansız müalicəsi istiqamətində yeni texnologiya - Qanda şəkəri və bədən çəkisini tənzimləyən elektron cihaz
Xankəndi şəhərinin təcili tibbi yardım əməkdaşları stasionardan kənar doğuşu uğurla həyata keçiriblər  
Səhiyyə naziri Anar Bayramov 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransında iştirak edib