Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub  
05.11.2026 11:09

Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin (TDTD) Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub. Orta Şərq Orqan Transplantasiyası Cəmiyyətinin (MESOT) Azərbaycanda əlaqə bürosunun yaradılması da Rəşad Şolana həvalə edilib.

 

Aztibb.az xəbər verir ki, TDTD İdarə Heyəti 2026-cı ilin avqustunda yekdil qərarla Rəşad Şolanın sədrlik etdiyi Azərbaycan Respublikası Urologiya, Nefrologiya və Böyrək Transplantasiyası Sahəsində Mütəxəssislər Assosiasiyasını tərəfdaş təşkilat kimi qəbul edib. Hər iki cəmiyyətin qurucusu Prof. Dr. Mehmet Haberal 19 avqust 2026-cı il tarixli məktubunda Assosiasiya üzvlərinin TDTD və MESOT-a üzv qəbul ediləcəyini bildirib.

 

Qeyd edək ki, prof. Mehmet Haberal dünyada tanınan transplantoloqdur. Türkiyədə ilk böyrək köçürməsi 1975-ci ildə, ölmüş donordan ilk qaraciyər köçürməsi 1988-ci ildə, canlı donordan ilk qaraciyər köçürməsi 1990-cı ildə onun adı ilə bağlıdır. Başkənd Universitetinin (1993) qurucusu olan alim Beynəlxalq Transplantasiya Cəmiyyətinin (The Transplantation Society) prezidenti seçilib, Amerika Cərrahiyyə Assosiasiyasının fəxri xarici üzvüdür.

 

1987-ci ildə yaradılan MESOT Orta Şərq, Şimali Afrika və Orta Asiya ölkələrinin, eləcə də keçmiş sovet respublikalarının orqan transplantasiyası mütəxəssislərini bir araya gətirən beynəlxalq elmi cəmiyyətdir. Cəmiyyət təhsil, elmi tədqiqat və orqan donorluğunun inkişafına xidmət edir.

 

Rəşad Şolan Azərbaycanda və regionda tanınmış alim və cərrahdır, ölkəmizin urologiya və böyrək transplantasiyası sahəsində beynəlxalq səviyyəli aparıcı mütəxəssisidir. Elmin sərhədi yoxdur və bu addım Azərbaycan təbabətinin dünya elmi ilə inteqrasiyasına böyük töhfədir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
 Ağdərə rayonunun Həsənriz kəndində sakinlər üçün səyyar tibbi xidmət təşkil olunub