Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub  
03.11.2026 16:41
Qobustan Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti tərəfindən Ərəbşalbaş kənd həkim məntəqəsində əhalinin tibbi müayinəsi həyata keçirilib.
 
Aztibb.az-a Qobustan RMX-dan verilən xəbərə görə, səyyar müayinələrdə həkim-terapevt, həkim-oftalmoloq, həkim-pediatr və digər tibb işçiləri iştirak ediblər. Müayinə çərçivəsində sakinlərə ilkin tibbi baxış keçirilib, qan nümunələri götürülüb və zəruri laborator müayinələr aparılıb.
 
Ümumilikdə, 30-dan çox kənd sakininə 150-yə yaxın tibbi xidmət göstərilib. Əlavə ixtisaslaşmış tibbi yardıma ehtiyacı olan pasiyentlər müvafiq tibb müəssisələrinə yönləndirilib.
Bununla yanaşı, sakinlərə ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən yeniliklər, tibbi xidmətlərin əlçatanlığının artırılması və əhalinin sağlamlığının qorunması istiqamətində görülən işlər barədə məlumat verilib.
 
Qeyd edək ki, bu cür səyyar tibbi müayinələrin təşkili əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına və tibbi xidmətlərə əlçatanlığın artırılmasına xidmət edir
ÇOX OXUNANLAR
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Eyni gündə 3 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib   
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
                  Qızıl birləşmələrini metal qızıla çevirən bakteriya aşkar edilib                        
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
Ağciyər xərçənginin diaqnostikasında  yeni dönəm - Süni intellekt həkimlərin “ikinci gözü” olacaq 
Hamiləliyin ilk üç ayı dölün əsas orqanlarının formalaşdığı çox vacib dövrdür - MÜSAHİBƏ
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub