Səhiyyə Nazirliyinin tarixi

Ümumi məlumat

 

1918-ci il may ayının 28-də Fətəli Xan Xoyskinin rəhbərliyi ilə Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti yaradıldı. Hökumətin ilk qərarlarından biri 17 iyun 1918-ci ildə Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar oldu. Nazir vəzifəsinə 1903-cü ildə Xarkov Universitetinin Tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edildi.

 

Nazirliyin 5 əsas – Şəhər və məhkəmə tibbi şöbəsi, Tibbi statistika, Əczaçılıq, Kənd səhiyyəsi, Baytarlıq və sanitariya şöbələri vardı. Nazirliyin göstərişi ilə dövlət hesabına pulsuz tibbi xidmətə keçmiş yeni müalicəxanalar, tibb məntəqələri açılmış, dərman anbarları, laboratoriya binaları tikilmiş, lazımi avadanlıqlar alınmışdı.

 

Arxiv sənədlərinin verdiyi məlumata görə, Xalq Cümhuriyyəti dövründə qəzalarda 33 xəstəxana fəaliyyət göstərirdi. Onların ştatlarında 1 həkim, 2 feldşer, 1 ginekoloq və 1 çiçək peyvəndi edən işçi olmuşdur. Kəndlərdə ambulator xidmətləri pulsuz aparılırdı. Mövcud kənd xəstəxanalarının və feldşer məntəqələrinin başlıca vəzifələri yoluxucu xəstələrin hospitallaşdırılması, xəstəlik ocaqlarının zərərsizləşdirilməsi idi.

 

Respublika əhalisinin 75 min nəfərinə cəmi 1 nəfər həkim düşürdü. Respublika parlamenti vəziyyəti nəzərə alaraq, 1920-ci ildə kənd xəstəxanaları şəbəkələrini genişləndirmək və bu məqsədlə 35 yeni xəstəxana və 56 feldşer məntəqəsi təşkil etmək barədə qərar qəbul etmiş, bunun üçün 43 milyon 321 min 950 manat pul ayırmışdı. Bu qərara əsasən, Bakı quberniyasında 19 xəstəxana, 27 feldşer məntəqəsi, Gəncə quberniyasında 15 xəstəxana, 34 feldşer məntəqəsi, Zaqatala rayonunda 1 xəstəxana, 2 feldşer məntəqəsinin açılması nəzərdə tutulmuşdur. Səhiyyənin dərman preparatları ilə düzgün təminatı tibbi-sağlamlıq işinin başlıca cəhətlərindən biri idi. Elə bu səbəbdən də həmin dövrdə Səhiyyə Nazirliyinin Əczaçılıq şöbəsi dərman preparatlarının alınmasını öz əlində cəmləşdirmişdi.

 

60-cı illərin sonu, 70-ci illərin əvvəlləri, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk aylardan başlayaraq Azərbaycanın sosial-iqtisadi, elmi-mədəni həyatında böyük canlanma yarandı. Respublikanın xalq təsərrüfatının bütün sahələrində - elm, təhsil, incəsənət, mədəniyyət, səhiyyə və məişətdə sıçrayışlı bir inkişaf dövrü başladı. Təkcə 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa edildi.

 

90-cı illərin əvvəlləri xalqımızın müstəqillik uğrunda mübarizəsinin ilk illərinə xas olan bir sıra çətinliklərlə müşayiət edilsə də, həmin illər vaxtilə Azərbaycan səhiyyəsində qazanılmış nəticələrdən praktikada istifadə edilməsinə yönəlmiş fəal elmi axtarışlarla əlamətdardır. Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra, onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüksəldilməsi və intensivləşdirilməsi üçün baza yaradıldı.

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Çində Avrasiya Konqresində uşaqların neyroinkişaf sağlamlığında erkən aşkarlama və kompleks reabilitasiya üzrə beynəlxalq yanaşma əsas müzakirə mövzusu oldu
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub