ATU-da arterial hipertenziyanın gizli səbəblərindən biri – birincili hiperaldosteronizm müzakirə olunub
09.11.2026 11:44

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında II Daxili xəstəliklər kafedrasının Daxili xəstəliklər ixtisası üzrə II kurs rezidenti Mark Simanduyev tələbə və rezidentlər üçün “Birincili hiperaldosteronizm” mövzusunda maarifləndirici mühazirə ilə çıxış edib.  

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Bildirilib ki, mühazirədə arterial hipertenziyanın mühüm, lakin çox zaman vaxtında aşkarlanmayan səbəblərindən biri olan birincili hiperaldosteronizmə diqqət çəkilib. Çıxış zamanı aldosteron hormonunun həddindən artıq sintezinin ürək-damar sisteminə və böyrəklərə mənfi təsirləri, xəstəliyin əsas alt tipləri və genetik mexanizmləri ətraflı izah edilib. Eyni zamanda, diaqnostik yanaşmalar Endokrin Cəmiyyətinin 2025-ci il tövsiyələri əsasında təqdim olunub.

 

Bildirilib ki, vaxtında və dəqiq diaqnostika xəstəliyin effektiv müalicəsinə, ağırlaşma riskinin azaldılmasına və pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşdırılmasına imkan yaradır. Belə ki, birincili hiperaldosteronizm arterial hipertenziyanın yalnız bir səbəbi deyil, erkən aşkarlanması və düzgün müalicəsi mümkün olan mühüm klinik vəziyyətdir. Bu baxımdan, arterial hipertenziyası olan pasiyentlərdə xəstəliyin ehtimalının nəzərə alınması, müvafiq müayinələrin aparılması və düzgün müalicə taktikasının seçilməsi xüsusi əhəmiyyət daşıyır.

 

Qeyd edək ki, tədbir Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) xüsusilə DİM 3 – Sağlamlıq və rifah məqsədi ilə uzlaşır. Birincili hiperaldosteronizmin erkən aşkarlanması, arterial hipertenziyanın düzgün diaqnostikası və ağırlaşmaların qarşısının alınması əhalinin sağlamlığının qorunmasına və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Bununla yanaşı, mühazirə gələcək həkimlərin elmi biliklərinin və klinik bacarıqlarının inkişafına töhfə verməklə DİM 4 – Keyfiyyətli təhsil məqsədinə, müasir elmi tövsiyələrin klinik praktikaya inteqrasiyasını təşviq etməklə isə DİM 9 – Sənaye, innovasiya və infrastruktur məqsədinin innovasiya və elmi biliklərin tətbiqi istiqamətinə uyğunluq nümayiş etdirir.

Belə maarifləndirici və elmi tədbirlər ATU-da tibbi təhsilin keyfiyyətinin artırılması, müasir diaqnostik yanaşmaların təşviqi və səhiyyədə profilaktik təfəkkürün gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
Beyləqanın Aşağı Çəmənli kənd sakinləri üçün səyyar tibbi müayinə təşkil olunub
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
Xaçmazın Gödəkli kəndində tibbi aksiya: Sakinlərə 80-ə yaxın tibbi xidmət göstərilib
 Eyni gündə 3 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib   
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Uroloq noutbukun gələcək atalar üçün əsas təhlükəsini açıqlayıb
Türkiyənin yerli istehsalı olan süni ürək-ağciyər aparatı tətbiq edildi - 57 xəstədə uğurlu nəticə