ATU rezidenti Dubayda VIII Yaxın Şərq Oftalmologiya Konfransında iştirak edib  
08.11.2026 12:11

Azərbaycan Tibb Universitetinin (ATU) Oftalmologiya kafedrasının III kurs rezidenti Xumar İbrahimova Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən VIII Yaxın Şərq Oftalmologiya Konfransında (8th Middle East Ophthalmology Meeting – MEOM 2026) iştirak edib.

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

Bildirilib ki, konfrans çərçivəsində “Gənc Oftalmoloqlar” (Young Ophthalmologists) sessiyasına məruzəçi qismində qatılan ATU rezidenti “When the Pupil Won’t Dilate: A Bimanual Approach to Cataract Surgery – Clinical Cases” (“Bəbək genişlənmədikdə: katarakta cərrahiyyəsində bimanual yanaşma – klinik hallar”) mövzusunda elmi təqdimatla çıxış edib. Məruzədə katarakta cərrahiyyəsi zamanı dar bəbəyin idarə olunması, bimanual genişləndirmə texnikasının tətbiqi, onun üstünlükləri və klinik təcrübəmdən seçilmiş cərrahi hallardan bəhs edilib.

 

Fakoemulsifikasiya üzrə praktiki təlimdə (Wet Lab) də iştirak edən X.İbrahimova cərrahi bacarıqları təkmilləşdirmək və beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq imkanı qazanıb.

 

ATU rezidentinin beynəlxalq elmi tədbirdə iştirakı gənc həkimlərin peşəkar inkişafı, tibbi təhsildə keyfiyyətin artırılması və müasir tibbi biliklərin mənimsənilməsinin təşviqi baxımından əhəmiyyətlidir. Bu fəaliyyət BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən DİM 3 – Sağlamlıq və rifah çərçivəsində keyfiyyətli səhiyyə xidmətlərinin inkişafına, DİM 4 – Keyfiyyətli təhsil çərçivəsində isə fasiləsiz təhsilə, bilik və peşə bacarıqlarının artırılmasına töhfə verir.

ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
Beyləqanın Aşağı Çəmənli kənd sakinləri üçün səyyar tibbi müayinə təşkil olunub
Xaçmazın Gödəkli kəndində tibbi aksiya: Sakinlərə 80-ə yaxın tibbi xidmət göstərilib
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub