ATU komandaları beynəlxalq “Demo Day 2026” finalında çıxış edib  
07.11.2026 15:45

Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri beynəlxalq miqyaslı “Startup School 4: Five Continents – 500 Startups” proqramının final mərhələsi olan “Demo Day 2026”da iştirak ediblər.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşkilatçılığı ilə keçirilən tədbirdə ATU-nu təmsil edən “MedSpect” və “DophaMind” komandaları innovativ layihələrini investorlar və münsiflər heyəti qarşısında təqdim ediblər.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Bildirilib ki, beş qitədən 500 startapı bir araya gətirən proqram 40 yerli və beynəlxalq tərəfdaşın, o cümlədən 9 vençur fondu və investisiya təşkilatının dəstəyi ilə həyata keçirilib. Üç ay davam edən intensiv təlim mərhələsindən sonra finala vəsiqə qazanan 70-dən çox startap “Demo Day” çərçivəsində öz minimum işlək məhsullarını (MVP) nümayiş etdirib.

 

Tədbir gənc sahibkarlar üçün innovativ ideyalarını təqdim etmək, layihələrinin bazar potensialını nümayiş etdirmək, investorlarla birbaşa əlaqələr qurmaq və yeni əməkdaşlıqlar yaratmaq baxımından mühüm imkan yaradıb.

 

ATU tələbələrinin praktiki bilik və bacarıqlarını innovativ layihələrə çevirməsi keyfiyyətli təhsilin təşviqinə (DİM 4), texnoloji yeniliklərin və innovativ həllərin inkişafına (DİM 9), eləcə də sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə və iqtisadi artıma (DİM 8) töhfə verir.

 

Eyni zamanda, tibbi innovasiyaların inkişafı və səhiyyə sahəsində yeni həllərin yaradılması potensialı bu təşəbbüsləri sağlamlıq və rifahın təmin edilməsini hədəfləyən DİM 3 ilə əlaqələndirir. Proqram çərçivəsində yerli və beynəlxalq tərəfdaşların, investorların və vençur fondlarının bir araya gəlməsi isə DİM 17 – Məqsədlər naminə tərəfdaşlıq istiqamətinin əhəmiyyətini nümayiş etdirir.

ATU tələbələrinin beynəlxalq startap platformasında iştirakı universitetin təhsil, elm və innovasiya fəaliyyətinin vəhdətinə, eləcə də dayanıqlı inkişaf məqsədlərinə töhfə verən təşəbbüslərin təşviqinə xidmət edir.

ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 “Həkimlərimizi tanıyaq!” rubrikası regionlarda çalışan tibb işçilərini tanıtmaqda davam edir!
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
 Ağdaşın Ağzıbir və Qaradağlı kəndlərində aksiya: Vətəndaşlara 105 tibbi xidmət göstərilib   
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
Beyləqanın Aşağı Çəmənli kənd sakinləri üçün səyyar tibbi müayinə təşkil olunub
Xaçmazın Gödəkli kəndində tibbi aksiya: Sakinlərə 80-ə yaxın tibbi xidmət göstərilib