Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
04.11.2026 16:54

 

Səhiyyə Nazirliyinin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun tibb heyəti tərəfindən “Böyük Qayıdış” Proqramı çərçivəsində Ağdərə rayonunun Suqovuşan qəsəbəsi və Tərtər rayonunda ikigünlük tibbi aksiya keçirilib.

 

Bu məlumat Aztibb.az-a Səhiyyə Nazirliyindən verilib.

 

Bildirilib ki, tibbi aksiya zamanı 200-ə yaxın sakin kardioloji müayinələrdən keçirilib. Şəhid ailələri və müharibə iştirakçıları da daxil olmaqla, vətəndaşlara Exo-KQ və EKQ müayinələri aparılıb, qanda şəkər və xolesterinin səviyyəsi müəyyən edilib. Sağlamlıq vəziyyətində problem aşkarlanan şəxslərə müvafiq tibbi məsləhətlər verilib və müalicə təyin olunub.

 

Bununla yanaşı, ürək-damar xəstəliklərinin profilaktikası, sağlam həyat tərzinin təşviqi, yüksək arterial təzyiq və infarkt zamanı ilkin tibbi yardımın göstərilməsi ilə bağlı maarifləndirici tədbir təşkil edilib.

 

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad edilmiş digər ərazilərdə də tibbi müayinə aksiyalarının və maarifləndirici tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
Gecə ürəkdöyünmə ilə oyanmaq hansı səbəblərdən qaynaqlana bilər?
Gigiyena qaydalarına əməl olunması məktəb və digər kollektivlərdə infeksiyaların yayılmasının qarşısının alınmasında əhəmiyyətlidir
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar