Azərbaycan Tibb Universitetinin (ATU) Nevrologiya və tibbi genetika kafedrasının əməkdaş və dissertantları Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa Uşaq Nevrologiyası Cəmiyyətinin dəstəyi ilə keçirilən VII Qafqaz Uşaq Nevrologiyası Tədris Kursunda iştirak ediblər.
Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.
Bildirilib ki, Azərbaycan ənənəvi keçirilən bu nüfuzlu beynəlxalq tədbirin ilk dəfə olaraq üç həmtəşkilatçı ölkəsindən biri kimi təmsil olunub.
Kafedranın müdiri, professor Aytən Məmmədbəylinin rəhbərlik etdiyi ATU münayəndə heyəti xarici mütəxəssislərlə eyni elmi platformada öz klinik məruzələrini uğurla təqdim edərək beynəlxalq elmi müzakirələrdə fəal iştirak edib.
Konfransın məqsədləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) 3-cü məqsədi – “Yaxşı səhiyyə və rifah”, 4-cü məqsədi – “Keyfiyyətli təhsil” və 17-ci məqsədi – “Məqsədlər üçün tərəfdaşlıq” prinsipləri ilə uzlaşır. Tədbir uşaq nevrologiyası sahəsində müasir elmi biliklərin və klinik təcrübənin paylaşılmasına, tibbi təhsilin keyfiyyətinin artırılmasına, eləcə də beynəlxalq elmi əməkdaşlığın və regional tərəfdaşlığın gücləndirilməsinə töhfə verib.

