TƏBİB

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (bundan sonra – TƏBİB) Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən yaradılmışdır. Fərmanın icrası məqsədilə 12 aprel tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısının təsdiq edilməsi barədə qərar qəbul edib. Qərar 2020-ci ilin yanvarın 1-də qüvvəyə minib.

 

TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir.

 

TƏBİB-in fəaliyyət istiqamətlərİ:

 

  • tabeliyində olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirmək;
  • tibbi xidmətlər sahəsində dövlət siyasətinə və qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək;
  • əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaratmaq və tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğun formalaşdırmaq;
  • tibbi xidmətlərin keyfiyyətini müasir tələblərə uyğunlaşdırmaq.

 

TƏBİB-in vəzifələri

 

  • tabeliyində olan tibb müəssisələri vasitəsilə əhaliyə tibbi yardımın göstərilməsini təmin etmək;
  • tabeliyində olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirmək;
  • əhalinin tibbi yardım almaq sahəsində hüquqlarını təmin etmək, xəstəliklərin erkən aşkarlanması və qarşısının alınması məqsədilə tədbirlər görmək;
  • icbari tibbi sığorta münasibətləri çərçivəsində tabeliyində olan müalicə-profilaktika müəssisələrini dərman, bakterioloji, virus preparatları və tibbi təyinatlı digər məmulatlarla təmin etmək;
  • əhalinin sağlamlığının qorunması məqsədilə səhiyyə sahəsində müvafiq qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların həyata keçirilməsində iştirak etmək;
  • Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və TƏBİB-in səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
  • dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin əhalinin sağlamlığının qorunması sahəsində fəaliyyətini əlaqələndirmək;
  • elektron xidmətlərini “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;
  • fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
  • kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, işçilərinin əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
  • öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
  • TƏBİB-ə ayrılan dövlət büdcəsindən ayırmalardan, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianə, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
  • dövlət sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
  • TƏBİB-in informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
  • TƏBİB-in strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar müvafiq təkliflər vermək;
  • tabeliyində olan tibb müəssisələrinin idarə olunmasında informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilməsini, o cümlədən həmin tibb müəssisələrinin icbari tibbi sığortanın məlumat bazasına inteqrasiyasını təmin etmək;
  • qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, əhalinin sağlamlığının qorunması sahəsində elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
  • əhalinin sağlamlığının qorunması sahəsində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması üçün peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək, habelə tabeliyində olan tibb müəssisələrinin ixtisaslı kadrlarla təmin edilməsi istiqamətində tədbirlər görmək;
  • tabeliyində olan tibb müəssisələrinin mütəxəssislərin peşə biliyi və bacarıqlarının təkmilləşdirilməsini təşkil etmək, onların ixtisas səviyyələrinin artırılması ilə bağlı tədbirlər görmək;
  • tibbi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək, demoqrafik prosesin və əhalinin sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə tibbi statistika və məlumat-analitik bankını yaratmaq;
  • tabeliyində olan tibb müəssisələrində həkim sirri ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət etmək, o cümlədən həkimlərin etik davranış qaydalarını müəyyən etmək;
  • tabeliyində olan olan tibb müəssisələrinə münasibətdə Agentliyin vahid tənzimləmə ilə bağlı qərar, əmr, sərəncam və göstərişlərini icra etmək və icra vəziyyəti barədə Agentliyə məlumat vermək;
  • qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

 

TƏBİB-in hüquqları:

 

  • əhalinin sağlamlığının qorunması sahəsində normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;
  • tabeliyində olan tibb müəssisələrinin idarə edilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarının tətbiq edilməsi ilə bağlı təkliflər vermək;
  • əhalinin sağlamlıq vəziyyətini öyrənmək, əhali arasında infeksion və qeyri – infeksion xəstəliklərin rast gəlmə tezliyini və xəstələnmə göstəricilərini toplamaq, təhlil etmək, müvafiq tədbirlər planı hazırlamaq və icra etmək;
  • tabeliyində olan tibb müəssisələrinin kadr təminatı ilə bağlı ehtiyaclarını öyrənmək və bu istiqamətdə müvafiq tədbirlər görmək;
  • əhalinin sağlamlığının qorunması sahəsində beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
  • fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
  • dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
  • fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
  • müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
  • fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
  • tabeliyində olan tibb müəssisələrinin əmr və sərəncamlarını ləğv etmək, digər təşkilatların qanunvericiliyə zidd olan və əhalinin sağlamlığına mənfi təsir göstərən qərarların icrasının dayandırılması və ləğv edilməsi haqqında müvafiq orqanlar qarşısında vəsatət qaldırmaq;
  • öz işçilərini və tabeliyində olan tibb müəssisələrinin işçilərini dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
  • xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
  • qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

 

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin

S İ Y A H I S I

ÇOX OXUNANLAR
Mərkəzi Neftçilər Xəstəxanasında Beynəlxalq Tibb Bacıları Günü münasibətilə tədbir keçirilib
Professor Gəray Gəraybəyli Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi ilə görüşüb
Diaqnoz Tibb Mərkəzinin həkimi Türkiyədə beynəlxalq konqresdə iştirak edib
 Mərkəzi Gömrük Hospitalının həkimləri professor Hikmət Əlizadəni kliniki ölümdən xilas edib   
Pirallahı Tibb Mərkəzi tərəfindən Ümummilli Liderin 103-cü ildönümünə həsr olunan velomarafon təşkil edilib
 “Tibbi genetikada bildiklərimiz və yeniliklər” mövzusunda elmi seminar keçirilib   
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu cərrahi müdaxilə
Uşaqlıq boynu xərçəngönü xəstəliklərinin erkən aşkarlanmasında kolposkopiyanın rolu
Teymur Musayev Müqəddəs Vatikanın “Bambino Gesu” Pediatrik Xəstəxanasının prezidenti ilə görüşüb
Sabunçu Tibb Mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Protein sağlam qalmaq üçün vacib qida maddəsidir - Fərhad Burzu
Diaqnoz Tibb Mərkəzinin radioloqu Çində beynəlxalq konfransda iştirak edib
Tədris Cərrahiyyə Klinikasında ATU tələbələri üçün ödənişsiz göz əməliyyatları
Səhiyyə sektorunda süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı müzakirələr aparılıb
 Mərkəzi Gömrük Hospitalının həkimi Hong Kongda baş-beyin törəmələrinin diaqnostikasında sitologiyanın rolu barədə çıxış edib