Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
04.11.2026 15:42

Yeni Klinika Cənubi Koreyanın Dequ şəhərində keçirilən XIV Dünya Neyroreabilitasiya Konqresində (WCNR 2026) təmsil olunub.

 

Bu barədə Aztibb.az-a Yeni Klinikadan xəbər verilib.

 

Bildirilib ki, “Neyrobiologiyadan texnologiyaya və praktik tətbiqlərə” mövzusuna həsr olunan konqresdə Yeni Klinikanın direktor müavini, Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov “İnsultun yarımkəskin dövründə robotik əl reabilitasiyasının yuxarı ətraf funksiyalarının bərpasına təsiri: randomizə olunmuş nəzarətli tədqiqat” mövzusunda elmi işi poster formatında təqdim edib.

 

Tədqiqatda insult keçirmiş pasiyentlərdə robotik əl terapiyası ilə ənənəvi reabilitasiyanın birlikdə tətbiqinin nəticələri qiymətləndirilib. Altı həftəlik reabilitasiya proqramının nəticələrinə əsasən, robotik terapiyanın daxil edildiyi qrupda yuxarı ətrafın hərəkət funksiyası və əl çevikliyi üzrə daha yüksək irəliləyiş qeydə alınıb.

 

Qeyd edək ki, konqres neyroreabilitasiya sahəsində çalışan mütəxəssisləri və tədqiqatçıları bir araya gətirib. Tədbirin elmi proqramında insult və digər nevroloji xəstəliklərdən sonra bərpa, robotik texnologiyalar, süni intellekt, virtual reallıq və müasir reabilitasiya yanaşmaları yer alıb.

 

Sözügedən elmi işin beynəlxalq konqresdə təqdim olunması Yeni Klinikanın robotik reabilitasiya sahəsində apardığı tədqiqatların tanıdılmasına, eyni zamanda pasiyentlərin daha effektiv və elmi əsaslı reabilitasiya xidmətlərindən yararlanmasına xidmət edir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
Gigiyena qaydalarına əməl olunması məktəb və digər kollektivlərdə infeksiyaların yayılmasının qarşısının alınmasında əhəmiyyətlidir