ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) BMT-nin ixtisaslaşmış qurumlarından biridir. Əsas məqsədi səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin etmək, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışmaq və bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır.

 

Əsası 1946-cı ildə ABŞ-ın Nyu-York şəhərində keçirilən beynəlxalq səhiyyə konfransında qoyulmuşdur. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minmişdir. Həmin gün bütün dünyada Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur. Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir.

 

Təşkilata üzv dövlətlərin sayı 190-dır. Qurumun ali orqanı bütün üzv dövlətlərin iştirak etdiyi, hər il çağırılan Ümumdünya Səhiyyə Assambleyasıdır. Assembleya təşkilatın siyasətini, fəaliyyət istiqamətlərini müəyyənləşdirir, səhiyyə sahəsində proqramlar hazırlayır. Həmçinin İcraiyyə Şurasının və Baş direktorun hesabatlarını dinləyir, ÜST-ün büdcəsini müzakirə və qəbul edir.

 

Assambleyalararası dövrdə ÜST-ün fəaliyyətini Assambleya tərəfindən 3 il müdətinə seçilən və 31 dövləti təmsil edən İcraiyyə Şurası həyata keçirir. Şura Assembleyanın qərarlarını icra edir, onun gündəliyini hazırlayır, komitələr yaradır, fövqəladə xarakterli tədbirlər görür.

 

ÜST-ün inzibati orqanı başda Baş direktor olmaqla, Katiblikdir. Katiblik İcraiyyə Şurasına tabedir və onun rəhbərliyi altında fəaliyyət göstərir. Qurumun nəzdində 6 regional təşkilat fəaliyyət göstərir.

 

Səhiyyə təşkilatı üzv-dövlətlərlə əlaqələrini regional ofisləri vasitəsilə həyata keçirir. Təşkilatın 6 regional ofisi var.

 

ÜST Azərbaycan Respublikasının səhiyyə sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq qurumdur. Ölkəmiz bu təşkilata 1992-ci il oktyabrın 2-də üzv olmuşdur. Azərbaycanın ÜST ilə əməkdaşlığı təşkilatın Baş qərargahı və Avropa üzrə Regional Ofisi vasitəsilə həyata keçirilir. Eyni zamanda, ölkəmizdə ÜST-ün ofisi fəaliyyət göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub