ATU tələbəsinin elmi tədqiqatı Çində beynəlxalq konqresdə təqdim olunub
04.11.2026 13:48

Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsinin elmi tədqiqat işi Çinin Ninbo şəhərində keçirilən VII Dünya Raket İdmanları Elmi Konqresində təqdim olunub. 

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Bildirilib ki, ATU-nun II Müalicə-profilaktika fakültəsinin tələbəsi, eyni zamanda Azərbaycan Tennis və Padel Federasiyasının milli səviyyəli akkreditə olunmuş məşqçisi Lamiya Hüseynin araşdırması Azərbaycanın isti iqlim şəraitində məşq edən həvəskar tennisçilərinin hidratasiya vəziyyətinin, tərləmə nəticəsində itirdikləri mayenin miqdarının və maye qəbul etmə vərdişlərinin öyrənilməsinə həsr olunub.

 

Azərbaycan Tennis və Padel Federasiyasının dəstəyi ilə həyata keçirilən tədqiqat ATU-nun I Daxili xəstəliklər kafedrasının professoru Aytən Məmmədzadənin elmi rəhbərliyi ilə aparılıb. Araşdırmanın nəticələri beynəlxalq konqresdə poster məruzə şəklində təqdim edilib. Bununla yanaşı, “Hydration Status, Sweat Loss, and Fluid Replacement Practices Among Amateur Tennis Players Training in a Hot Climate: A Cross-Sectional Study from Azerbaijan” adlı elmi məqalə konqresin elektron platformasında dərc olunub.

 

Tədqiqat tennisçilərin sağlamlığının qorunması, fiziki yüklənmə zamanı maye balansının düzgün təmin edilməsi, dehidrasiya riskinin azaldılması və məşq prosesinin elmi əsaslarla təşkili baxımından mühüm əhəmiyyət daşıyır.

 

Qeyd edək ki, elmi təşəbbüs BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə də uzlaşır. Xüsusilə, 3-cü məqsəd – Sağlamlıq və rifah çərçivəsində idmançıların sağlamlığının qorunmasına və sağlam həyat tərzinin təşviqinə, 4-cü məqsəd – Keyfiyyətli təhsil çərçivəsində tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsinə, 17-ci məqsəd – Dayanıqlı inkişaf naminə tərəfdaşlıq çərçivəsində isə ali təhsil müəssisəsi, idman federasiyası və beynəlxalq elmi platforma arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

L.Hüseynin araşdırmasının beynəlxalq elmi platformada təqdimatı Azərbaycan gənclərinin elmi potensialının inkişaf etdirilməsinin, eləcə də ATU-da formalaşan güclü tədqiqat mühitinin bariz nümunəsidir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Gecə ürəkdöyünmə ilə oyanmaq hansı səbəblərdən qaynaqlana bilər?
Gigiyena qaydalarına əməl olunması məktəb və digər kollektivlərdə infeksiyaların yayılmasının qarşısının alınmasında əhəmiyyətlidir
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib