Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
03.11.2026 15:32

Vətən müharibəsinin 6-cı ildönümü münasibətilə “Zəfər əmanətlərinə qayğı ilə” adlı sağlamlıq həftələri layihəsinə start verilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı, Səhiyyə Nazirliyinin tabeliyindəki Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və YAŞAT Fondunun dəstəyi ilə Yeni Klinikada keçirilən aksiya çərçivəsində 100-dən çox şəhid ailəsi üzvünün tibbi müayinələrə cəlb olunması nəzərdə tutulub.

 

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyindən Aztibb.az-a verilən məlumata görə, layihənin əsas məqsədi şəhid ailələrinin sağlamlığının qorunmasına dəstək göstərmək, onların ixtisaslı tibbi xidmətlərə əlçatanlığını artırmaqdır.

 

Beş gün davam edəcək aksiya çərçivəsində iştirakçılar terapevt, oftalmoloq, ginekoloq və kardioloq müayinələrindən keçəcəklər. Həmçinin tibbi göstərişlərə uyğun olaraq instrumental-diaqnostik və laborator müayinələrdən yararlanmaq imkanı əldə edəcəklər.

 

Tibbi xidmətlərin rahat, operativ və əlaqələndirilmiş şəkildə göstərilməsi məqsədilə müayinə prosesi əvvəlcədən planlaşdırılıb.

 

Belə ki, hər bir iştirakçı üçün fərdi müayinə marşrutu müəyyən edilib, həkim qəbulları və instrumental-diaqnostik müayinələr üzrə əvvəlcədən qeydiyyat aparılıb. Bu yanaşma iştirakçıların müəyyən edilmiş vaxtda müayinə mərhələlərindən ardıcıl şəkildə və növbə gözləmədən keçməsinə imkan yaradır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
Yeni Klinika reabilitasiya xidmətlərini Almaniya təcrübəsi əsasında inkişaf etdirir
Hərəkət azadlığının bərpası peşəkar yanaşmadan başlayır
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
Donor orqanların bioloji yaşı dəyişə bilər – Harvard tədqiqatı