Səhiyyə naziri Anar Bayramov 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransında iştirak edib
04.11.2026 14:04

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransının açılış mərasimində Azərbaycan Respublikasının səhiyyə naziri Anar Bayramov iştirak edib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, Almaniya, Avstriya, Böyük Britaniya, Türkiyə və digər ölkələrdən dövlət qurumlarının, səhiyyə müəssisələrinin, turizm sənayesinin nümayəndələrini və beynəlxalq ekspertləri bir araya gətirən konfransın əsas məqsədi Azərbaycanın tibbi turizm və sağlam yaşam turizmi potensialının beynəlxalq səviyyədə tanıdılması, təcrübə mübadiləsinin təşviqi və yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır.

 

Konfransda çıxış edən Anar Bayramov tibbi turizmin səhiyyə, iqtisadiyyat və beynəlxalq əməkdaşlığın kəsişməsində dayanan, geniş inkişaf potensialına malik sahə olduğunu qeyd edib. O, Azərbaycanın regional tibbi turizm mərkəzinə çevrilməsi üçün əlverişli coğrafi mövqeyinin, inkişaf edən tibbi infrastrukturunun, ixtisaslı mütəxəssislərinin və turizm imkanlarının mühüm zəmin yaratdığını bildirib.

 

Nazir tibbi turizmin inkişafında beynəlxalq akkreditasiya və keyfiyyət standartlarının tətbiqinin, xidmətlərin rəqabətqabiliyyətliliyinin artırılmasının və xarici pasiyentlərin ölkəmizə etimadının möhkəmləndirilməsinin əsas prioritetlər sırasında olduğunu vurğulayıb. Bu məqsədlərə nail olmaq üçün dövlət qurumları, dövlət və özəl müəssisələr, investorlar və beynəlxalq tərəfdaşlar arasında səmərəli əməkdaşlığın əhəmiyyətini qeyd edib.

 

Konfrans çərçivəsində tibbi turizmin inkişafının strateji prioritetləri, beynəlxalq bazarlarda Azərbaycanın mövqeyinin gücləndirilməsi, tibbi xidmətlərin keyfiyyəti, rəqəmsal həllərin tətbiqi və sektorlararası əməkdaşlıq məsələləri müzakirə olunur.

 

Qeyd edək ki, konfransda həmçinin beynəlxalq sərgi, biznes forumu, B2B görüşlər və sağlamlıq turizmi sahəsində çalışan mütəxəssislər üçün təlimlərin təşkili də nəzərdə tutulub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
Gigiyena qaydalarına əməl olunması məktəb və digər kollektivlərdə infeksiyaların yayılmasının qarşısının alınmasında əhəmiyyətlidir