Şirvan Şəhər Mərkəzi Xəstəxanasında növbəti uğurlu cərrahi əməliyyat həyata keçirilib.
Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, tibb müəssisəsinə müraciət edən pasiyentə kəskin yuxarı çənə sinusiti diaqnozu qoyulub. Pasiyent üzərində Kaldvel-Lük (Caldwell-Luc) üsulu ilə üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub.
Əməliyyat üz-çənə cərrahı Elvin Ağayev tərəfindən həyata keçirilib. Cərrahi müdaxilədə assistent həkim-cərrah Şakir Qədirov, anestezioloq Rəhim Rəhimov, anestezist Rəhimə Ələkbərova və əməliyyat tibb bacısı Səma Seyidova iştirak ediblər.
Əməliyyatdan sonra pasiyentin vəziyyəti stabil qiymətləndirilib və ambulator müalicənin davam etdirilməsi üçün evə buraxılıb.
Qeyd edək ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanası region əhalisinə ixtisaslaşmış və keyfiyyətli tibbi xidmətlərin göstərilməsi istiqamətində fəaliyyətini davam etdirir.

