İcbari tibbi sığorta

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 dekabr tarixli 2592 nömrəli Sərəncamına əsasən yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 765 nömrəli Fərmanına əsasən bu qurum fəaliyyətə başlayıb, 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə onun əsasında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” (bundan sonra – Agentlik) publik hüquqi şəxs yaradılıb.

 

Agentlik icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.

 

Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında əhalini icbari tibbi sığortaya cəlb etmək, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri cəmləşdirmək, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək, habelə sığortaolunanların hüquqlarını və qanuni mənafelərini qorumaq, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar toplanmış vəsaitlərdən təyinatı üzrə səmərəli istifadəni və sığorta ödənişlərinin vaxtında icra olunmasını təmin etməkdir.

 

Agentliyin fəaliyyət istiqamətləri:

 

  • İcbari tibbi sığorta sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
  • əhalinin icbari tibbi sığortalanmasını həyata keçirmək və icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək;
  • icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlərin yaradılması, icbari tibbi sığortanın hamı üçün əlçatan olması, əhalinin sağlamlığının qorunması məqsədi ilə tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görmək;
  • icbari tibbi sığorta sahəsinin inkişafını təmin etmək.

 

Agentliyin vəzifələri:

 

  • icbari tibbi sığorta və səhiyyə sahəsi üzrə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
  • beynəlxalq təcrübə nəzərə alınmaqla, icbari tibbi sığorta sahəsində tədqiqatlar aparır və həmin tədqiqatların nəticələri əsasında xidmətlər zərfinin müəyyən olunmasına dair təkliflər hazırlayır;
  • “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, icbari tibbi sığorta haqqının məbləğinin müəyyən olunmasına dair təkliflər hazırlayır;
  • icbari tibbi sığorta haqlarının və bu Nizamnamə ilə müəyyən edilmiş digər vəsaitlərin yığılmasını və onlardan təyinatı üzrə səmərəli istifadəni təmin edir, icbari tibbi sığortanın maliyyə sabitliyinin təmin edilməsi məqsədilə icbari tibbi sığorta ehtiyatlarını yaradır və icbari tibbi sığorta vəsaitlərini idarə edir;
  • xidmətlər zərfi çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görür;
  • xidmətlər zərfində nəzərdə tutulmuş tibbi xidmətlərin göstərilməsi üçün tibb müəssisələri ilə tibbi xidmətlərin göstərilməsi haqqında müqavilələr bağlayır;
  • xidmətlər zərfinə daxil olan həcmdə göstərilən tibbi xidmətlərə görə sığorta ödənişlərinin müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə tibb müəssisələrinə ödənilməsini təmin edir;
  • icbari tibbi sığorta üzrə riskləri sığorta etdirmək üçün müraciət edən şəxslərlə icbari tibbi sığorta müqaviləsi bağlayır;
  • xidmətlər zərfi çərçivəsində tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərin növünün həcminin, müddətinin, keyfiyyətinin və tariflərinin tərəflərlə bağlanılmış müqavilənin şərtlərinə uyğun olmasına nəzarət edir;
  • “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, icbari tibbi sığorta sahəsində vahid elektron informasiya sistemi və elektron məlumat bazası yaradır, tibb müəssisələrinin və digər istifadəçilərin həmin elektron informasiya sistemindən istifadə imkanlarını təmin edir;
  • icbari tibbi sığortaya cəlb olunan tibb müəssisələrinin vahid reyestrini aparır;
  • Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (bundan sonra –TƏBİB) tabeliyindəki tibb müəssisələrinin akkreditasiyasını həyata keçirir;
  • icbari tibbi sığorta sahəsində təlimlər təşkil edir, peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində iştirak edir;
  • icbari tibbi sığorta sistemində sığorta olunan şəxslərin hüquqlarının müdafiəsinə təminat verir;
  • dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin icbari tibbi sığorta sahəsi ilə bağlı fəaliyyətini əlaqələndirir;
  • icbari tibbi sığorta sahəsində elektron xidmətləri “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq təşkil edir;
  • kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir;
  • Agentlik əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görür;
  • icbari tibbi sığorta sisteminin inkişaf istiqamətləri üzrə təkliflər verir;
  • Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir;
  • dövlət və kommersiya sirrinin, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial hesab edilən, habelə həkim sirrini təşkil edən məlumatların və məxfilik rejiminin qorunması üçün tədbirlər görür;
  • icbari tibbi sığorta sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir;
  • öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;
  • icbari tibbi sığortanın təbliği və bu istiqamətdə əhalinin maarifləndirilməsi məqsədi ilə tədbirlər görür;
  • Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;
  • qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, icbari tibbi sığorta sahəsində elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir;
  • Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür;
  • dövlət orqanları, beynəlxalq təşkilatlar, hüquqi və fiziki şəxslər tərəfindən maliyyələşdirilən məqsədli proqram və layihələri birgə həyata keçirir;
  • Agentliyə ayrılan büdcə vəsaitlərindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
  • Agentliyin informasiya təminatını təşkil edir və onun təhlükəsizliyini təmin edir;
  • qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

 

Agentliyin hüquqları:

 

  • icbari tibbi sığorta sahəsində normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;
  • icbari tibbi sığorta ilə bağlı Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təkliflər vermək, fəaliyyət istiqamətləri üzrə beynəlxalq konfransların, seminarların və digər beynəlxalq tədbirlərin keçirilməsini təşkil etmək və onların işində iştirak etmək;
  • beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;
  • icbari tibbi sığorta sahəsində beynəlxalq təcrübəni öyrənmək və xaricdə fəaliyyət göstərən müvafiq qurumlarla təcrübə mübadiləsi aparmaq;
  • icbari tibbi sığortanın maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitlərin həcminin artırılması və icbari tibbi sığortanın maliyyə dayanıqlığının təmin edilməsi məqsədilə sərbəst maliyyə vəsaitlərini yerli bazarda investisiyaya yönəltmək;
  • xidmətlər zərfi çərçivəsində tibbi xidmətlər göstərilməsi üçün tibb müəssisələrini seçmək;
  • xidmətlər zərfi çərçivəsində tibbi xidmətlər üçün tariflərin müəyyən olunmasına dair təkliflər hazırlamaq;
  • xidmətlər zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tariflərinin müəyyən olunmasına dair təkliflər hazırlamaq;
  • tibb müəssisəsinin və (və ya) tibb işçisinin təqsiri üzündən sığortaolunana vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək;
  • özəl tibb müəssisələrinin akkreditasiyasında iştirak etmək;
  • tibb müəssisələri müqavilənin şərtlərini pozduqları hallarda tibbi xidmətlərə çəkilən xərcləri qismən ödəmək və ya ödəməkdən imtina etmək;
  • “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-20-ci maddəsinə uyğun olaraq subroqasiya hüququndan istifadə etmək;
  • sığortaolunanlara göstərilən tibbi xidmətlərin həcminin və keyfiyyətinin monitorinqini həyata keçirmək;
  • sığortaolunanlara göstərilən tibbi xidmətlər üçün tibb müəssisələrinə ödənilən sığorta ödənişlərinin əsaslılığına nəzarət etmək;
  • dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə icbari tibbi sığorta sahəsi üzrə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan məlumatlar (sənədlər) almaq;
  • müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
  • Agentliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
  • icbari tibbi sığorta sahəsində rəy və təkliflər vermək, təhlillər, ümumiləşdirmələr və tədqiqatlar aparmaq, analitik və metodik materiallar hazırlamaq, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
  • könüllüləri öz fəaliyyətinə cəlb etmək;
  • əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
  • istifadəsində olan əmlak barəsində qanunla nəzərdə tutulmuş hüquqları həyata keçirmək;
  • icbari tibbi sığortanın inkişafı məqsədilə investisiyalar cəlb etmək;
  • Agentliyin balansında olan dövlət əmlakını qanunvericiliyə uyğun olaraq icarəyə vermək və ya ondan istifadə etmək;
  • vəzifələrinin yerinə yetirilməsi məqsədilə təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;
  • Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı publik hüquqi şəxs yaratmaq, yenidən təşkil və ya ləğv etmək;
  • qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
ÇOX OXUNANLAR
2 nömrəli Vərəm Əleyhinə Dispanserin baş həkimi Türkiyədə beynəlxalq konqresdə çıxış edib
Ərəb alimləri sağlamlığın və uzunömürlülüyün açarı olan giləmeyvəni müəyyən ediblər
Ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətirilən 5 aylıq körpə uğurla əməliyyat olunub  
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vakant yerlər elan edir
Kimlərə oruc tutmaq olmaz?
Südabə Əliyeva - Lənkəran Rayon Mərkəzi Xəstəxanasının pediatrı
Stres - ürək xəstəliklərinin yaranma səbəblərindən biridir
Qazax RMX-nın bir qrup əməkdaşı “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi tərəfindən təltif olunub
Mərkəzi Gömrük Hospitalının cərrahı tibb elmləri doktoru elmi dərəcəsini alıb
 Daha bir gənc həkim Göygöl RMX-da fəaliyyətə başlayıb   
Dəqiq diaqnozları ilə pasiyentlərin etibarını qazanmış yüksəkixtisaslı radioloq - Emin Məmmədov
Hacıqabulda “İcbari tibbi sığorta haqqında maarifləndirmə“ mövzusunda tədbir keçirilib
 I Türk Dünyası Tibb Qurultayı keçiriləcək   
 Ürək xəstələri oruc tutanda nələrə diqqət etməlidir?   
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası keçirilib