Beyində təşviş və nəfəsalmanı əlaqələndirən yeni neyron zənciri aşkarlandı
08.09.2026 12:40

Dünya üzrə təxminən 359 milyon insanın əziyyət çəkdiyi təşviş pozuntularında tənəffüs təcrübələrinin sakitləşdirici təsiri çoxdan məlum olsa da, prosesin dəqiq beyin mexanizmi indiyədək tam aydın deyildi. Siçanlar üzərində aparılan sınaqlar göstərib ki, burun boşluğu ilə beynin emosiyaları idarə edən mərkəzləri arasında birbaşa neyron rabitəsi mövcuddur.

 

Aztibb.az "Planet today" nəşrinə istinadən yazır ki, ABŞ Milli Elmlər Akademiyasının elmi jurnalı PNAS-da dərc olunan yeni tədqiqat burunla dərindən nəfəsalmanın təşviş və həyəcanı necə azaltdığının neyrobioloji mexanizmini üzə çıxarıb.

 

Alimlər müəyyən ediblər ki, burun boşluğundakı qoxu reseptor neyronları təkcə qoxuları deyil, həm də daxil olan hava axınının mexaniki təzyiqini və ritmini hiss edir. Havanın axın tezliyinə uyğun olaraq siqnallar əvvəlcə qoxu soğanağındakı mitral hüceyrələrə, oradan peririnal qabıqdakı neyronlara, ən sonda isə qorxu və təşviş hisslərinə cavabdeh olan badamabənzər cismin (amigdala) arxa bazolateral hissəsinə ötürülür. Tədqiqat zamanı bu zəncir kimyəvi yolla bloklandıqda burunla tənəffüs ritminin təşviş hissinə tənzimləyici təsiri tamamilə yoxa çıxıb.

 

Bu neyron zənciri ikiistiqamətli işləyir: tez-tez və kəsik-kəsik nəfəsalma təşviş səviyyəsini qaldırır, əksinə, asta və nizamlı burun tənəffüsü isə həyəcanı nəzərəçarpacaq dərəcədə azaldır. Ağızla müqayisədə məhz burunla tənəffüsün emosiyalara bu qədər güclü təsir etməsi birbaşa sözügedən "burun-limbik" mexanizmlə əlaqələndirilir. Mütəxəssislər qeyd edirlər ki, tədqiqat heyvanlar üzərində aparılsa da, əldə edilən nəticələr adi templə müqayisədə iki dəfə yavaş burun tənəffüsünün insanlarda da təşviş pozuntularına qarşı sadə, qeyri-invaziv və təsirli bir köməkçi vasitə ola biləcəyini elmi cəhətdən əsaslandırır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib