Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
30.08.2026 10:00

Mərkəzi Neftçilər Xəstəxanasında ötən ilin iyun ayından etibarən həyata keçirilən TAVİ prosedurları istiqamətdə fəaliyyət uğurla davam etdirilir.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, cari ilin avqust ayı ərzində ağır aorta stenozu olan 5 pasiyent üzərində TAVİ əməliyyatı uğurla icra edilib. Bu, xəstəxanada mürəkkəb və müasir kardioloji prosedurların davamlı şəkildə həyata keçirildiyini göstərir.

 

Məlumat üçün bildirək ki, TAVİ döş qəfəsi açılmadan və ürək dayandırılmadan həyata keçirilən minimal invaziv üsuldur. Prosedur zamanı daralmış aorta qapağı kateter vasitəsilə yeni bioloji qapaqla əvəz olunur. Bu üsul xüsusilə açıq ürək əməliyyatının yüksək risk daşıdığı yaşlı və ağır xəstələr üçün böyük üstünlük yaradır.

 

TAVİ əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir və müvafiq tibbi göstəriş olduqda sığorta çərçivəsində qarşılanır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub