Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
30.08.2026 16:19

Yeni Klinikada Nevroloqların Milli Assosiasiyasının təşkilatçılığı, “Health and Science Initiatives”, “Health and Science Events” və Yeni Klinikanın təşkilati dəstəyi ilə “İşemik insult / TİA zamanı mərhələli müalicə metodları” mövzusunda iki günlük davamlı tibbi təhsil (CME) proqramı keçirilib.

 

Bu barədə Aztibb.az-a Yeni Klinikadan məlumat verilib.

 

Bildirilib ki, təlimin əsas məqsədi həkimlərin klinik düşüncə, diaqnostik yanaşma və sürətli, əsaslandırılmış qərarvermə bacarıqlarını inkişaf etdirmək olub.

Müxtəlif tibb müəssisələrindən qırxa yaxın həkim-mütəxəssisin iştirak etdiyi proqram real klinik keyslər üzərində qurularaq iştirakçılar diaqnostika və müalicə yanaşmalarını interaktiv müzakirələr vasitəsilə təhlil ediblər.

 

Proqramda TİA, karotid stenoz, servikal arteriya disseksiyaları, atrial fibrilasiya, onkoloji xəstələrdə işemik insult, stroke mimic-lər, minor stroke və serebral infarktların idarə olunması kimi aktual mövzular müzakirə olunub. Təlim çərçivəsində pre-test və post-test, eləcə də interaktiv quizlər keçirilib.

 

Proqramın elmi heyətində Danimarkanın “Rigshospitalet” Universitet Xəstəxanasının Beyin və Onurğa Beyni Zədələri Departamentinin baş həkimi, “European Stroke Master”, insult və nevrologiya üzrə baş məsləhətçi MD Dr. Aybəniz Murtuzova, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya və Klinik Neyrofiziologiya kafedrasının assistenti Dr. Mərziyyə Məmmədova, Səudiyyə Ərəbistanı və Danimarkada ixtisaslaşmış uzman həkim-nevroloq Mübariz Murtuzov, həmçinin Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının dosenti, Nevroloqların Milli Assosiasiyasının elmi katibi dosent Rahim Əliyev yer alıblar.

 

Təlim çərçivəsində iştirakçılara işemik insult və TİA-nın idarə olunması üzrə yenilənmiş beynəlxalq yanaşmalar təqdim edilib, müxtəlif klinik ssenarilər əsasında elmi-praktiki müzakirələr aparılıb.

 

Sonda iştirakçılar Yeni Klinikanın İnsult Mərkəzi və Reanimasiya şöbəsində müalicə alan pasiyentlərə baxış keçirib, klinik hallar üzrə birgə konsiliumda iştirak ediblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub