İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
05.09.2026 08:46

Qocalma qaçılmaz olsa da, bu proses heç də həmişə bərabər və xətti templə getmir.

 

Aztibb.az xəbər verir ki, "Nature Aging" jurnalında dərc olunan yeni elmi tədqiqat çərçivəsində insan orqanizmindəki onlarla toxumanın struktur dəyişiklikləri təhlil edilib və müxtəlif bədən nahiyələrinin fərqli qocalma sürətinə malik olduğu üzə çıxarılıb.

 

Məlum olub ki, orqanizmdə vahid "qocalma qanunauyğunluğu" yoxdur. Bəzi toxumalarda reqressiv proseslər artıq 30 yaşdan etibarən sürətlənir, digərləri qadınlarda menopauzaya qədər nisbətən stabil qalır, bir sıra orqanlar isə məhz iki ayrı sürətlənmiş qocalma mərhələsindən keçir.

 

ABŞ-nin Kaliforniya ştatındakı Sanford Bernhem Prebis Tibbi Tədqiqat İnstitutunun hesablamalı biologiya üzrə mütəxəssisi Sancu Sinhanın rəhbərlik etdiyi alimlər qrupu standart patoloji təsvirlər əsasında toxumaların mikroskopik quruluşunu qiymətləndirən «PathStAR» hesablama sistemini hazırlayıb. Bu alqoritm xronoloji yaşa deyil, toxumalardakı fiziki struktur dəyişikliklərinə əsaslanır.

 

Tədqiqatçılar «PathStAR» modelini 21–70 yaş aralığında olan 970 donordan götürülmüş 40 müxtəlif toxuma növünə aid 25 000-dən çox postmortal nümunəyə tətbiq ediblər. Əldə olunan nəticələr göstərib ki, ən tez qocalan strukturlardan biri arteriyalardır; damarlarda ən intensiv struktur dəyişiklikləri məhz 30 yaş civarında baş verir. Bu amil arteriyalarda aterosklerotik düyünlərin (ərplərin) yaranmasının da həmin onillikdə kəskin sürətlənməsi ilə üst-üstə düşür. Beləliklə, xarici görünüş baxımından 30 yaş gənclik dövrü sayılsa da, damar sistemi artıq həmin ərəfədə sürətli struktur dəyişikliyinə məruz qalır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş