TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
02.09.2026 10:29

Rusiyanın “Regional Əməkdaşlıq Mərkəzi”nin və ölkədə müxtəlif tibb müəssisələrində fəaliyyət göstərən mütəxəssislərdən ibarət qrupun Yeni Klinikaya səfəri baş tutub. Ziyarətin məqsədi tibb müəssisəsinin fəaliyyətinin təşkili və tibbi xidmətlərin göstərilməsi sahəsində təcrübənin öyrənilməsi, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılması olub.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, TƏBİB-in İcraçı direktorunun müşaviri Töhfə Cəmilova və Yeni Klinikanın direktoru Zəhra Vəzirovanın iştirakı ilə keçirilən görüşdə tibb xidmətlərinin inkişafı, tibb müəssisələrinin fəaliyyətinin təşkili, kadr hazırlığı, regionlarda çoxprofilli klinikaların yaradılması, reanimasiya və intensiv terapiya üzrə mütəxəssis hazırlığı, keyfiyyətə nəzarət, audit, satınalma və icbari tibbi sığorta mexanizmlərinin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Mütəxəssis heyətinin üzvləri təmsil etdikləri ölkənin səhiyyə sistemində tətbiq olunan yanaşmalar və resursların səmərəli idarə olunması üzrə təcrübələrini bölüşüblər.

 

Səfər çərçivəsində qonaqlar Yeni Klinikanın müvafiq şöbə və bölmələri, eləcə də Tibbi Tədris-Simulyasiya və Akkreditasiya Mərkəzi ilə tanış olub. Mütəxəssis qrupuna həmçinin tibbi xidmətlərin təşkili, hemotransfuziya, əməliyyatdan sonrakı ağrıların idarə olunması, laboratoriya xidmətləri, rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi, eləcə də inzibati-texniki proseslər barədə məlumat verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub