Ürək stimulyatoru tədqiqatları genişlənir - Təhlükəsiz müalicədə yeni yanaşma
24.08.2026 16:15

ABŞ-ın Şimal-Qərb Universitetinin tədqiqatçıları hazırladığı düyü dənəsindən də kiçik ölçüdə olan və funksiyasını tamamladıqdan sonra orqanizmdə tamamilə əriyərək yox olan simsiz müvəqqəti ürək stimulyatoru ilə bağlı araşdırmaları genişləndirirlər.

Aztibb.az "Nature" jurnalına istinadən yazır ki, cihaz ürək əməliyyatından sonra müvəqqəti dəstəyə ehtiyacı olan və ya daimi kardiostimulyator gözləyən xəstələr üçün nəzərdə tutulub. Ənənəvi müvəqqəti ürək stimulyatorlarından fərqli olaraq, yeni texnologiya əlavə cərrahi müdaxiləyə və bədəndən kənara çıxan naqillərə ehtiyac olmadan işləyə bilir.

Cihazın əsas üstünlüklərindən biri də müəyyən müddətdən sonra bədən mayelərində bioloji olaraq parçalanaraq heç bir tibbi tullantı buraxmadan yox olmasıdır. Bu xüsusiyyət infeksiya və əlavə müdaxilə riskini azaltmaqla, xüsusilə yeni doğulmuş körpələr və əməliyyatdan sonrakı dövrdə olan xəstələr üçün daha təhlükəsiz müalicə imkanı yarada bilər.

Texnologiyanın gələcəkdə müvəqqəti ürək stimulyasiyasına ehtiyac olan xəstələrin müalicəsində yeni yanaşmanın əsasını qoyacağı gözlənilir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir