ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
02.09.2026 14:44

Azərbaycan Tibb Universitetinin (ATU) Tibb və Stomatologiya ixtisasları üzrə təhsil alan tələbələri Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Ege Universitetində təşkil olunan bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, beynəlxalq akademik əməkdaşlıq və tələbə mübadiləsi imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən proqram tələbələrin peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi, beynəlxalq təcrübə əldə etməsi və müxtəlif təhsil mühitləri ilə tanış olması baxımından əhəmiyyətli olub.

 

Proqram çərçivəsində ATU tələbələri Ege Universitetinin müvafiq fakültələrində təşkil olunan nəzəri və praktiki təlimlərdə iştirak edib, müasir tədris metodları və klinik yanaşmalarla tanış olublar. Tibb və Stomatologiya ixtisasları üzrə tələbələr öz ixtisaslarına uyğun akademik və praktiki fəaliyyətlərdə iştirak etməklə peşəkar dünyagörüşlərini genişləndiriblər.

 

ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə bir ay davam edən Yay Məktəbi proqramı tələbələrə yalnız akademik biliklərini artırmaq deyil, eyni zamanda beynəlxalq akademik mühitdə təcrübə qazanmaq, həmkarları ilə fikir mübadiləsi aparmaq və müxtəlif ölkələrdən olan tələbələrlə ünsiyyət qurmaq imkanı yaradıb.

 

Azərbaycan Tibb Universiteti tələbələrinin beynəlxalq təhsil proqramlarında iştirakının təmin edilməsi və xarici tərəfdaş universitetlərlə əməkdaşlığın inkişaf etdirilməsi universitetin beynəlmiləlləşmə strategiyasının əsas istiqamətlərindən biridir.

 

ATU və Ege Universiteti arasında mövcud akademik əməkdaşlığın gələcəkdə də genişləndirilməsi və tələbələr üçün yeni beynəlxalq təhsil imkanlarının yaradılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub