Dünyada ilk: Canlı süni intellekt dəstəyi ilə beyin əməliyyatı keçirən pasiyentin şişi uğurla çıxarılıb 
28.08.2026 07:30

Londondakı "University College Hospital"ın cərrahlarının bildirdiyinə görə, Bedfordşirdən olan iki uşaq atası Rhys Hibbert əməliyyat olunmasaydı, görmə qabiliyyətini itirə bilərdi.

Aztibb.az "BBC"yə istinadən yazır ki, süni intellekt aləti əməliyyat zamanı görüntünü real vaxt rejimində təhlil edib və cərrahlara beyində yerləşən, görünməyən, lakin həyati əhəmiyyət daşıyan damar və sinirlərdən necə yayınmaq barədə tövsiyələr verib. Bu texnologiya həkimlərə şişin mümkün qədər böyük hissəsini təhlükəsiz şəkildə çıxarmağa imkan yaradıb.

“Pasiyentin təhlükəsizliyi baxımından bunun faydasını tamamilə aydın şəkildə görürəm. Axı başımızın içində yol nişanları yoxdur”, – deyə Hibbert bildirib.

48 yaşlı müştəri xidmətləri meneceri təxminən 18 ay əvvələ qədər özünü sağlam və gümrah hiss edib. O, hər gün nahar fasiləsində təxminən iki mil (3,2 kilometr) piyada gəzməyə çıxırmış.

Məhz belə gəzintilərdən birində o, qəfil huşunu itirib və küçədə qıcolma keçirib.

Beyin müayinəsi zamanı onun hipofiz vəzisində 11 millimetr (0,433 düym) ölçüsündə xoşxassəli şiş olduğu aşkarlanıb. Hipofiz kəllənin əsasında yerləşən, mərmər ölçüsündə kiçik bir orqandır.

Bu vəz böyümə, maddələr mübadiləsi, qan təzyiqi və bədən temperaturunun tənzimlənməsi kimi həyati proseslərdə mühüm rol oynayan hormonlar ifraz edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır