Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
30.08.2026 11:25

Səhiyyə Nazirliyi işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində əhalinin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlərə əlçatanlığın artırılması istiqamətində səyyar tibbi aksiyaları davam etdirir. Növbəti belə aksiya Laçın Rayon Mərkəzi Xəstəxanasında təşkil olunub.

 

Bu məlumat Aztibb.az-a Nazirlikdən verilib.

 

Bildirilib ki, Səhiyyə Nazirliyinin təşkilatçılığı və Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının həkim briqadasının iştirakı ilə keçirilən aksiya zamanı rayon sakinləri, eləcə də “Böyük Qayıdış” proqramı çərçivəsində bölgədə çalışan mütəxəssislər ödənişsiz stomatoloji müayinələrdən keçirilib, onlara müvafiq konsultativ tibbi xidmət göstərilib.

 

Aksiya çərçivəsində müasir tibbi texnologiyalardan biri olan BPR Swiss SMART-PORT portativ stomatoloji qurğusundan istifadə edilib. Tam avtonom iş rejiminə malik olan bu innovativ sistem səyyar şəraitdə yüksək keyfiyyətli stomatoloji xidmətlərin göstərilməsinə imkan yaradır. Qurğunun qısa müddətdə quraşdırılması, fasiləsiz işləməsi və mikromotor, ultrasəs skaler, üçfunksiyalı şpris kimi avadanlıqlarla təchiz olunması müalicə prosesinin operativ və rahat təşkilinə şərait yaradıb.

 

Laçın sakinləri portativ stomatoloji qurğunun imkanlarından istifadə etməklə yerində tam stomatoloji müayinə və müalicə xidmətləri alıblar. Bu yanaşma həm tibbi xidmətlərin əlçatanlığını artırıb, həm də vətəndaşların əlavə vaxt sərf etmədən müayinədən keçməsinə imkan verib.

 

Aksiyanın əsas məqsədi ağız və diş sağlamlığının qiymətləndirilməsi, stomatoloji xəstəliklərin erkən aşkarlanması, profilaktik tədbirlərin həyata keçirilməsi və əhali arasında sağlam həyat tərzinin təşviqindən ibarət olub.

 

Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının direktoru İmran Ağayevin rəhbərliyi ilə stomatoloq-terapevt, ortodont, ortoped, cərrah və uşaq stomatoloqlarından ibarət həkim briqadası tərəfindən ətraflı müayinələr aparılıb. Ümumilikdə, 90-a yaxın vətəndaş tibbi müayinədən keçirilib, ehtiyac olan şəxslərə müalicə prosedurları icra olunub, profilaktik tövsiyələr və fərdi konsultasiyalar verilib.

 

Səyyar tibbi aksiyalar işğaldan azad edilmiş ərazilərdə əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə çıxışının genişləndirilməsinə, erkən diaqnostikanın təşviqinə və “Böyük Qayıdış” proqramı çərçivəsində bölgələrdə sağlam həyat mühitinin formalaşdırılmasına mühüm töhfə verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub