Böyük Britaniyada ilk dəfə ürəkdəki dəliyi bağlayan sorulan implant qoyulub - Memosorb implantı 
29.08.2026 08:23

Böyük Britaniyada 14 yaşlı qızın ürəyində olan dəliyi bağlamaq üçün ilk dəfə tamamilə sorulan implant tətbiq edilib. Bioloji parçalana bilən bu implantın zamanla orqanizm tərəfindən sorulması və ürək toxumasının özünü bərpa etməsinə şərait yaratması gözlənilir.

Aztibb.az BBC-yə istinadən yazır ki, Uorrinqton şəhərindən olan Lillie Yale ürəyindəki qüsurun müalicəsi üçün daimi metal cihazın yerləşdirilməsi riski ilə üzləşib. Belə bir cihaz onun peşəkar reqbi oyunçusu olmaq arzusuna mane ola bilərdi.

Lakin yeni texnologiya sayəsində Lillie üçün bioloji parçalana bilən implantdan istifadə edilib. İmplant qarşıdakı aylar və illər ərzində ürək toxumasının sağalması üçün müvəqqəti “dayaq” rolunu oynayacaq. Daha sonra isə tədricən tamamilə parçalanaraq orqanizmdə heç bir iz buraxmayacaq.

Prosedur iyun ayında Liverpul şəhərində yerləşən Alder Hey Uşaq Xəstəxanası NHS Fondunun cərrahları tərəfindən 14 yaşlı Lillie üzərində həyata keçirilib.

Bu, Memosorb adlı cihazın qulaqcıqlararası çəpər qüsuru (ASD) olan pasiyentdə ilk dəfə tətbiqidir. ASD ürəyin iki yuxarı kamerasını – qulaqcıqları – bir-birindən ayıran divarda dəliyin olması ilə xarakterizə olunan anadangəlmə ürək qüsurudur.

Memosorb implantı tibbdə sorulan tikiş materiallarının hazırlanmasında geniş istifadə olunan materialdan istehsal edilib.

Lillienin 38 yaşlı anası Becci Nichols qızının “mükəmməl şəkildə sağaldığını” bildirib.

Onun sözlərinə görə, əməliyyatdan sonra Lillie artıq 5 kilometrlik qaçışda iştirak edib, əyləncə parkına gedib və yenidən reqbi oynamağa başlayıb.

İmplant ürəyin özünü bərpa etməsinə şərait yaradır

Müalicəni həyata keçirən pediatrik kardioloq, doktor Salim Jivanji bildirib ki, yeni cihaz görünüş baxımından hazırda bazarda olan ənənəvi cihazlara “çox bənzəyir”.

Onun sözlərinə görə, ənənəvi metal cihaz tətbiq edildikdə zamanla onun üzərində toxuma təbəqəsi formalaşmağa başlayır. Yeni implant isə fərqli mexanizmə malikdir və ürəyin sağalma prosesini dəstəkləyən müvəqqəti “dayaq” funksiyasını yerinə yetirir.

Mütəxəssis qeyd edib ki, implant zamanla parçalandıqca ürək toxumasının özünü bərpa etməsi üçün şərait yaranır və nəticədə orqanizmdə daimi metal cihaz qalmır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır