Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
04.09.2026 11:42

Harvard Tibb Məktəbinin alimləri tərəfindən aparılan və «Science Translational Medicine» jurnalında dərc olunan yeni tədqiqat kəllə sümüyü iliyinin xroniki ağrılardan əziyyət çəkən insanlarda mühüm rol oynadığını üzə çıxarıb.

 

Aztibb.az tədiqiqata dair məqaləyə istinadən yazır ki,  kəllə sümüyü ilə beyin qişasını birləşdirən mikrokanallar immunitet sisteminin regional cavab reaksiyasını təmin edir və bu mərkəzin aktivliyi patoloji proseslərdə birbaşa iştirak edir.

 

Tədqiqat çərçivəsində xroniki ağrısı (bel və diz osteoartriti) olan 125 nəfərin və nəzarət qrupundakı 22 sağlam şəxsin PET/MRT müayinələri müqayisə edilib. Nəticələr göstərib ki, xroniki ağrılardan əziyyət çəkənlərdə, xüsusilə alın və təpə nahiyələrində sümük iliyi hüceyrələrində bol olan translokator zülalının (TSPO) səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəkdir. Ən güclü siqnal isə diz oynağı ağrısı olan pasiyentlərdə qeydə alınıb.

 

Mütəxəssislər aşkar ediblər ki, TSPO göstəricisinin yüksək olması ağrının intensivliyi, həmçinin təşviş və depressiya dərəcəsi ilə birbaşa korrelyasiya təşkil edir. Postmortal toxuma analizləri də xroniki ağrısı olan şəxsin kəllə sümüyü iliyində hüceyrə sayının və TSPO konsentrasiyasının iki dəfədən çox olduğunu təsdiqləyib.

 

Alimlərin qənaətinə görə, kəllə sümüyü iliyinin bu cür aktivləşməsi yalnız miqrenə xas deyil, bu, müxtəlif neyroiltihabi və xroniki ağrı vəziyyətləri üçün ümumi olan fundamental neyroimmun reaksiyadır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir