Yeni eksperimental dərman yağ əmələ gəlməsini yavaşladır və hüceyrələrin yağ yandırmasını asanlaşdır
27.08.2026 10:22

Eksperimental kimyəvi birləşmə obez siçanlarda əzələ itkisinə yol açmadan və qida qəbulunu azaltmadan yağ yandırılmasını təmin edib.

Aztibb.az “Science Advances” jurnalına istinadən yazır ki, bu istiqamətdə araşdırmada tədqiqatçılar sözügedən birləşmənin obez erkək siçanlarda qida istehlakını dəyişdirmədən, dörd həftə ərzində orta hesabla 18 faiz çəki itkisinə səbəb olduğunu müəyyən ediblər.

İtirilən çəkinin böyük hissəsinin bədən yağından ibarət olduğu, əzələ və digər yağsız toxumaların isə böyük ölçüdə qorunduğu müşahidə edilib.

5-tetradecyloxy-2-furoic acid (TOFA) adlanan birləşmə Kaliforniya Universitetinin Berkli kampusundan olan bir qrup tərəfindən sınaqdan keçirilib. Tədqiqatçılar yüksək yağlı pəhrizlə kökəldilərək obez hala gətirilən siçanlara dörd həftə ərzində gündə iki dəfə ağız yolu ilə TOFA veriblər.

UC Berkeley-dən metabolizm bioloqu Anders Näär bildirib: “Qida qəbulu, fiziki aktivlik və bədən temperaturu dəyişmədi, lakin bütün bədən üzrə enerji sərfiyyatı 18 faizə qədər artdı.”

TOFA-nın siçanların daha çox hərəkət etməsinə səbəb olmadığı və ya qidalardan kalorilərin sorulmasının qarşısını almadığı, bunun əvəzinə orqanizmin yağları emal etmə və enerjidən istifadə etmə formasını dəyişdirdiyi qeyd edilib.

Birləşmənin yeni yağ əmələ gəlməsini yavaşlatdığı və hüceyrələrin enerji əldə etmək üçün yağ yandırmasını asanlaşdırdığı bildirilib.

Tətbiqin çəki itkisi ilə yanaşı qan şəkəri və insulin səviyyələrini azaltdığı, siçanların qlükozaya daha yaxşı cavab verməsini təmin etdiyi, qan və qaraciyərdə yağ miqdarını azaltdığı müşahidə olunub.

Tədqiqatçılar daha sonra TOFA-nın aşağı dozalarını semaglutid və tirzepatid kimi iştahı azaldan dərmanlarla birləşdiriblər. Bu kombinasiyanın yalnız ayrı-ayrılıqda aparılan müalicələrlə müqayisədə daha çox çəki itkisi və metabolik yaxşılaşma təmin etdiyi bildirilib.

TOFA-nın hələ insanlar üzərində sınaqdan keçirilmədiyi, ən aşağı effektiv dozanın məlum olmadığı və tibbi istifadə üçün zəruri təhlükəsizlik testlərindən keçmədiyi vurğulanıb.

Tədqiqatçılar insanlar üzərində klinik sınaqlara keçməzdən əvvəl siçovullar və daha iri heyvanlar üzərində toksiklik və effektivlik araşdırmaları aparmağı planlaşdırırlar.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi