Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
30.08.2026 10:45

Hazırda Almaniyanın Münhen şəhərində dünyanın aparıcı kardiologiya tədbirlərindən biri – ESC Congress 2026 keçirilir.

 

Aztibb.az xəbər verir ki, Avropa Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konqresdə dünyanın müxtəlif ölkələrindən aparıcı kardioloqlar və tibb mütəxəssisləri bir araya gəlir.

 

Tədbir çərçivəsində ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsində ən son elmi yeniliklər, müasir klinik yanaşmalar, innovativ texnologiyalar və süni intellektin kardiologiyada tətbiqi müzakirə olunur.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova da mötəbər beynəlxalq tədbirdə iştirak edir.

Konqresdə iştirak Azərbaycan kardiologiyasının beynəlxalq elmi platformalarda layiqincə təmsil olunması, qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və yeni elmi əməkdaşlıqların qurulması baxımından mühüm əhəmiyyət daşıyır.

 

Professor Gülnaz Dadaşova qeyd edib ki, ESC Congress dünyanın aparıcı mütəxəssislərinin bir araya gəldiyi mühüm elmi platformalardan biridir. Burada əldə etdiyimiz yeni biliklərin və təcrübələrin ölkəmizdə kardiologiyanın inkişafına töhfə verəcək.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub