Sony şirkəti mikro-cərrahiyyə üçün yüksək dəqiqlikli robot hazırlayıb
25.08.2026 09:45

Sony şirkəti iynə ilə qarğıdalı dənələrini bir-birinə tikə bilən robot sistemi hazırlayıb. Bu nümayiş sadəcə texnoloji nümayiş deyil, sistemin cərrahiyyə zamanı diametri 1 millimetrdən də kiçik olan qan damarları və sinirlər üzərində necə dəqiq işləyə biləcəyini göstərir.

 

Aztibb.az "Hi-tech" portalına istinadən yazır ki, robot cərrah bütün prosesi konsol qarşısında idarə edir, 4K stereoskopik görüntünü izləyir və robot onun əl hərəkətlərini daha kiçik miqyasda dəqiq şəkildə təkrarlayaraq əllərdəki titrəmələri aradan qaldırır.Sistem həmçinin cərrahi alətləri təxminən 10 saniyə ərzində avtomatik dəyişə bilir.

 

Aichi Tibb Universitetində aparılan sınaqlarda mikro-cərrahiyyə üzrə ixtisaslaşmamış həkimlər bu sistemin köməyi ilə diametri cəmi 0,6 millimetr olan heyvan damarlarını uğurla tikiblər.

 

Sony şirkəti bu texnologiya ilə mikro-cərrahiyyəni yalnız uzun illər təcrübəsi olan azsaylı mütəxəssislərin bacarığı olmaqdan çıxarıb daha çox cərrah üçün əlçatan etməyi hədəfləyir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır