Alimlər mammoqrafiya görüntüləri əsasında ürək xəstəliklərini müəyyən edən neyron şəbəkə hazırlayıblar -  Süni intellekt müayinəsi
28.08.2026 11:57

Alimlər süd vəzilərinin xərçəng xəstəliyinin aşkarlanması məqsədilə aparılan adi mammoqrafiya müayinələrindən istifadə etməklə qadınlar arasında əsas ölüm səbəbi olan ürək-damar xəstəliklərini müəyyən etməyin mümkün yolunu tapıblar.

 

Aztibb.az "The Guardian" nəşrinə istinadən yazır ki, nəticələr Münhendə keçirilən Avropa Kardiologiya Cəmiyyətinin konqresində təqdim olunub.

İsrailli həkimlər mammoqrafiya görüntülərini təhlil edən və onların əsasında işemik ürək xəstəliyi, arterial hipertenziya və ya əvvəllər insult keçirmiş qadınları müəyyən edə bilən neyron şəbəkə hazırlayıblar.

Tədqiqata təxminən 30 min pasiyentə aid 97 mindən çox mammoqrafiya görüntüsü daxil edilib. Süni intellekt modeli insult keçirmiş qadınları 86 faiz hallarda, arterial hipertenziyanı 79 faiz, işemik ürək xəstəliyini isə 78 faiz dəqiqliklə müəyyən edib. Nəticələrin dəqiqliyi pasiyentlərin yaşından və onlarda xərçəng xəstəliyinin olub-olmamasından asılı olmayıb.

Tədqiqatın nəticələrini Təl-Əviv Universitetinin həkimi Viana Koplend təqdim edib. Onun sözlərinə görə, ürək-damar xəstəlikləri qadınlar arasında ölümün əsas səbəbi olaraq qalır, lakin bu xəstəliklər çox zaman gec aşkarlanır.

Koplend qeyd edib ki, bir çox qadın ürək-damar sistemi ilə bağlı hər hansı şikayət səbəbilə həkimə müraciət etməsə də, mütəmadi olaraq mammoqrafiya müayinəsindən keçir.

“Ürək-damar xəstəlikləri bütün dünyada qadınlar arasında ölümün əsas səbəbi olmasına baxmayaraq, onlar davamlı olaraq kifayət qədər diaqnoz qoyulmayan və lazımi səviyyədə müalicə edilməyən xəstəliklər olaraq qalır”, – deyə Koplend The Guardian qəzetinə bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama