Reflüks sadəcə mədə yanması deyil!
12.11.2026 13:37
Mədə yanması, ağıza turş mayenin gəlməsi, döş sümüyü arxasında yanma hissi və qarın nahiyəsində narahatlıq qastroezofageal reflüks xəstəliyinin (QERX) əlamətləri ola bilər.
 
Bu barədə Aztibb.az-a tanınmış qastroenteroloq-endoskopist Rəfael Həsənov məlumat verib.
 
Həkim bildirib ki, qastroezofageal reflüks mədə turşusunun və mədə möhtəviyyatının qida borusuna geri qayıtması nəticəsində yaranan vəziyyətdir.
 
Müalicə olunmadıqda hansı fəsadlara səbəb ola bilər?
* Qida borusunda iltihab və yaraların yaranması;
* Qida borusunun daralması (stenoz);
* Barrett qida borusu və bəzi hallarda qida borusu xərçəngi riskinin artması.
 
Nələrə diqqət etməlisiniz?
* Az porsiyalarla qidalanın.
* Yeməkdən dərhal sonra uzanmayın.
* Yatmazdan 2–3 saat əvvəl qida qəbulunu dayandırın.
* Artıq çəkiniz varsa, çəkinizi nəzarətdə saxlayın.
* Yağlı və sizdə reflüksü artıran qidalardan uzaq durun.
 
Rəfael Həsənov vurğulayıb ki, tez-tez təkrarlanan mədə yanması adi hal hesab edilməməlidir. Dəqiq diaqnoz və düzgün müalicə üçün qastroenteroloqa müraciət edin.
 
ÇOX OXUNANLAR
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
                  Qızıl birləşmələrini metal qızıla çevirən bakteriya aşkar edilib                        
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub  
İlon Mask: Görmə qabiliyyətini bərpa etməyə yönəlmiş beyin implantı sınaqlara hazırdır
Bağırsağın quruluşundan ilhamlanan bakterial bioelement hazırlandı
Diabet və piylənmənin dərmansız müalicəsi istiqamətində yeni texnologiya - Qanda şəkəri və bədən çəkisini tənzimləyən elektron cihaz
Xankəndi şəhərinin təcili tibbi yardım əməkdaşları stasionardan kənar doğuşu uğurla həyata keçiriblər  
Səhiyyə naziri Anar Bayramov 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransında iştirak edib