İnqebоrqi Dapkunayte effekti - Məlumatları yadda saxlamaq beyin fəaliyyətinə necə kömək edir?
11.11.2026 11:19

Psixiatr: Faydasız görünən məlumatları belə yadda saxlamaq beyin üçün xeyirlidir

Məlumatları yadda saxlamaq, hətta həmin bilgilər gündəlik həyatda heç bir işə yaramasa belə, beyin fəaliyyətinə müsbət təsir göstərir. Bu barədə psixiatr Nadejda Solovyova məlumat verib.

 

Aztibb.az "Life" portalına istinadən yazır ki, ekspertin sözlərinə görə, yeni məlumatların yaddaşda saxlanılması beyində neyron əlaqələrinin yaranmasına kömək edir.

“Yadda saxladığımız məlumatların miqdarı nə qədər çox olarsa, neyron əlaqələrinin formalaşması və beynimizin fəaliyyəti üçün bir o qədər faydalı olar”, – deyə həkim 360.ru-ya müsahibəsində bildirib.

Mütəxəssis bu fikirləri sosial şəbəkələrdə yayılan “İngebоrqa Dapkunayte effekti” adlı fləşmobu şərh edərkən səsləndirib. Fləşmobun iştirakçıları həyatları ilə heç bir əlaqəsi olmadığı halda, tez-tez düşüncələrində canlanan söz və ifadələri paylaşırlar. Ən çox rast gəlinən nümunələrdən biri isə aktrisa İngebоrqa Dapkunaytenin adıdır.

Yaddaşın məşq etdirilməsi üçün ekspert şeirlər öyrənməyi, müxtəlif mətnləri əzbərləməyi və fərqli mövzularda ünsiyyət qurmağı tövsiyə edib. Onun sözlərinə görə, faydasız görünən məlumatları belə yadda saxlamaq beyin üçün faydalıdır.

Qeyd edək ki, beyin xatirələri bəzən əslində baş verməmiş təfərrüatlarla da tamamlaya bilir. Yaddaş keçmişi hazır videoqeyd kimi olduğu şəkildə canlandırmır. İnsan nəyisə xatırlayarkən hadisənin mənzərəsi beyində yenidən formalaşır. Yaddaşdakı boşluqlar isə inandırıcı görünən, lakin həqiqətdə mövcud olmayan təfərrüatlarla doldurula bilər. “Mandela effekti” də məhz bu mexanizmlə əlaqələndirilir.

ÇOX OXUNANLAR
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Eyni gündə 3 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib   
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
                  Qızıl birləşmələrini metal qızıla çevirən bakteriya aşkar edilib                        
Hamiləliyin ilk üç ayı dölün əsas orqanlarının formalaşdığı çox vacib dövrdür - MÜSAHİBƏ
Ağciyər xərçənginin diaqnostikasında  yeni dönəm - Süni intellekt həkimlərin “ikinci gözü” olacaq 
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub