Sağlam insanın qanında qlükoza səviyyəsi bir litr üçün 3,3 ilə 6 mmol arasında dəyişir. “News.ru”-nun məlumatına görə, bunu rusiyalı həkim-diyetoloq Pavel Baranov bildirib. Onun sözlərinə görə, istinad sərhədlərindən kənara çıxmaq həmişə xəstəlikdən xəbər vermir.
Aztibb.az-ın https://en.iz.ru-ya istinadla xəbərinə görə, acqarına qanda qlükozanın normal səviyyəsi bir litr üçün 3,3-dən 6 mmol-a qədər təşkil edir. Müvafiq olaraq, 3,3-dən aşağı göstərici hipoqlikemiya (aşağı qan şəkəri), altıdan yuxarı isə hiperqlikemiya (yüksək qan şəkəri) adlanır.
Həkim qeyd edib ki, şəkər səviyyəsinə fiziki yük, karbohidrat qəbulu və stress kimi bir çox amillər təsir göstərir. O, qanalmanı yalnız acqarına yerinə yetirməyi, bundan əvvəl isə əsəbiləşməməyi, su istisna olmaqla heç bir qida və içki qəbul etməməyi tövsiyə edir. İrsi meyillilik səbəbindən ailəsində ikinci tip diabet olan insanlar sağlamlıqlarına xüsusilə diqqətlə yanaşmalıdırlar.

