Pnevmoniyanın profilaktikası düzgün diaqnozun vaxtında qoyulmasıdır
12.11.2026 12:17
Pnevmoniya (ağciyər iltihabı) xüsusilə körpələr və azyaşlı uşaqlar arasında ciddi sağlamlıq riski yaradan kəskin tənəffüs yolu infeksiyasıdır. Müxtəlif növ viruslar, bakteriyalar və göbələklər sətəlcəmin törədicisi ola bilər. Ağciyər pnevmoniyası qripəbənzər əlamətlərlə kəskin respirator xəstəlikləri və kəskin respirator virus infeksiyaları fonunda inkişaf edir. Lakin vaxtında görülən qabaqlayıcı tədbirlər və düzgün müalicə ilə bu xəstəliyin qarşısını almaq mümkündür.
 
Bu barədə Aztibb.az-a Salyan Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin həkim-pediatrı Sevinc Dadaşova məlumat verib.
 
Pediatr bildirib ki, pnevmoniyadan, ilk növbədə, uşaqlar əziyyət çəkirlər. Ona görə də valideynlərin başlıca diqqəti peyvəndləməyə yönəlməlidir. Pnevmokok və digər planlı peyvəndlərin vaxtında vurulması uşağı ağır infeksiyalardan qoruyur. Körpələrin ilk 6 ayda yalnız ana südü ilə qidalanması immun sistemini gücləndirir. Otaqların mütəmadi havalandırılması, uşaqların siqaret tüstüsündən uzaq tutulması və əl gigiyenasına riayət edilməsi vacibdir.
 
Onun sözlərinə görə, yüksək hərarət, tez-tez və ya çətinləşmiş tənəffüs, davamlı öskürək, halsızlıq və iştahasızlıq müşahidə etdikdə özbaşına müalicə üsullarına əl atmamaq tövsiyə olunur. Bu zaman vaxt itirmədən pediatra müraciət etmək lazımdır. Pnevmoniyanın profilaktikası düzgün diaqnozun vaxtında qoyulmasıdır.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
                  Qızıl birləşmələrini metal qızıla çevirən bakteriya aşkar edilib                        
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub  
İlon Mask: Görmə qabiliyyətini bərpa etməyə yönəlmiş beyin implantı sınaqlara hazırdır
Bağırsağın quruluşundan ilhamlanan bakterial bioelement hazırlandı
Diabet və piylənmənin dərmansız müalicəsi istiqamətində yeni texnologiya - Qanda şəkəri və bədən çəkisini tənzimləyən elektron cihaz
Xankəndi şəhərinin təcili tibbi yardım əməkdaşları stasionardan kənar doğuşu uğurla həyata keçiriblər  
Səhiyyə naziri Anar Bayramov 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransında iştirak edib