ATU-da innovativ layihələrin səhiyyədə tətbiq imkanları araşdırılıb
13.11.2026 13:22

Azərbaycan Tibb Universitetində (ATU) “AI in Medicine Innovation Programı” çərçivəsində formalaşdırılmış innovativ layihələrin müzakirəsinə həsr olunmuş növbəti görüş keçirilib.

 

Universitetdən Aztibb.az-a verilən xəbərə görə, tədbirin əsas məqsədi proqram iştirakçıları tərəfindən irəli sürülmüş tibbi problemlər əsasında formalaşdırılan layihə ideyalarını ekspertlərlə birgə qiymətləndirmək, onların inkişaf istiqamətlərini müəyyənləşdirmək və perspektivli təşəbbüslərin növbəti mərhələyə hazırlanmasına dəstək göstərmək olub.

 

ATU-nun Data-analitika və süni intellekt laboratoriyası, Elmi tədqiqatların idarə olunması departamentinin Startap və kommersiyalaşdırma şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnnovasiya Mərkəzinin ekspertləri Aysel Sadıqova və Qədim Qədimov da iştirak ediblər.

 

Görüşdə təqdimatlar dinlənilib, onların innovativ potensialı, elmi və praktik əhəmiyyəti, səhiyyə sahəsində tətbiq imkanları və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Təqdim olunan layihələrin ekspert rəyləri və tövsiyələr nəzərə alınmaqla təkmilləşdirilməsi, növbəti mərhələyə hazırlanması və müvafiq müsabiqədə iştirak üçün hazırlıq işlərinin davam etdirilməsi nəzərdə tutulub.

ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub  
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
İlon Mask: Görmə qabiliyyətini bərpa etməyə yönəlmiş beyin implantı sınaqlara hazırdır
Diabet və piylənmənin dərmansız müalicəsi istiqamətində yeni texnologiya - Qanda şəkəri və bədən çəkisini tənzimləyən elektron cihaz
Səhiyyə naziri Anar Bayramov 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransında iştirak edib
Azərbaycan Tibb Universitetində I kurs rezidentləri ilə görüş keçirilib  
Professor Naziyə Şəmsədinskayanın 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Kliniki Tibbi Mərkəzin həkimi Real TV-yə müsahibə verib
 Mərkəzi Gömrük Hospitalında kəskin infarkt keçirən 71 yaşlı xəstə üzərində mürəkkəb əməliyyat uğurla icra olunub