Professor Naziyə Şəmsədinskayanın 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
04.11.2026 15:56

4–5 dekabr 2026-cı il tarixlərində Azərbaycan Tibb Universitetinin (ATU) təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə görkəmli alim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, “Şöhrət” ordeni laureatı Naziyə Şəmsədinskayanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Mamalıq və Ginekologiyada Yeni Era” adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, konfransın əsas məqsədi mamalıq və ginekologiya sahəsində müasir elmi nailiyyətlərin, innovativ diaqnostika və müalicə üsullarının, eləcə də klinik praktikada tətbiq olunan yeni yanaşmaların müzakirəsi, elmi təcrübə mübadiləsinin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir.

 

Tədbir çərçivəsində sahə üzrə aktual elmi problemlər, müasir tibbi texnologiyalar, innovativ yanaşmalar və gələcək inkişaf perspektivləri ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

 

Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunacaq.

 

Məkan: Azərbaycan Tibb Universiteti

Qeydiyyat və ətraflı məlumat üçün:

055 799 26 29

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
Gigiyena qaydalarına əməl olunması məktəb və digər kollektivlərdə infeksiyaların yayılmasının qarşısının alınmasında əhəmiyyətlidir