Mərkəzi Gömrük Hospitalında kəskin infarkt keçirən 71 yaşlı xəstə üzərində mürəkkəb əməliyyat uğurla icra olunub  
05.11.2026 11:29
Mərkəzi Gömrük Hospitalında kəskin miokard infarktı diaqnozu ilə Mərkəzi Gömrük Hospitalına yerləşdirilən 71 yaşlı Nazim Quliyev təcili cərrahi əməliyyatdan və 10 günlük intensiv müalicədən sonra evə buraxılıb.
 
 
Hospitaldan Aztibb.az-a verilən məlumata görə, pasiyentin vəziyyəti təcili tibbi müdaxilə tələb etdiyindən hospitala daxil olduğu andan etibarən zəruri müayinələrə başlanılıb. İnvaziv Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlunun rəhbərliyi ilə həkim briqadası tərəfindən təcili koronar angioqrafiya müayinəsi aparılıb. Müayinənin nəticələrinə əsasən, pasiyentin vəziyyəti nəzərə alınaraq təcili cərrahi müdaxilə qərarı verilib. Ürək-damar Cərrahiyyəsi şöbəsinin rəisi, ürək-damar cərrahı Elməddin Əliyev və onun komandası tərəfindən əməliyyat uğurla icra olunub.
 
Süni qan dövranı aparatının dəstəyi ilə həyata keçirilən mürəkkəb əməliyyat zamanı üç damar üzərində şuntlama əməliyyatı aparılıb. Əməliyyatdan sonra pasiyent yeddi gün Əməliyyatxana, Reanimasiya və Anesteziologiya şöbəsində anestezioloq-reanimatoloqların ciddi nəzarəti altında müalicə alıb. Vəziyyəti stabilləşdikdən sonra palataya köçürülərək dərman müalicəsi davam etdirilib.
Müalicə prosesində əldə olunan müsbət nəticələr xüsusilə diqqətəlayiqdir. Belə ki, əməliyyat zamanı pasiyentin ürəyinin atım fraksiyası təxminən 20 faiz təşkil etdiyi halda, müalicənin 10-cu günündə bu göstərici 50 faizə yüksəlib. Aparılan son exokardioqrafik müayinə də ürəyin funksional vəziyyətində əhəmiyyətli yaxşılaşmanı təsdiqləyib.
 
Təyin olunmuş dərman müalicəsi və həkim nəzarəti ilə müalicə kursunu başa vuran Nazim Quliyev 10 gün sonra sağalaraq evə buraxılıb. Bu klinik nəticə kəskin miokard infarktı zamanı vaxtında göstərilən tibbi yardımın, düzgün seçilmiş müalicə taktikasının, yüksək peşəkarlığın və multidissiplinar həkim komandasının əlaqələndirilmiş fəaliyyətinin əhəmiyyətini bir daha nümayiş etdirir.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
 Ağdərə rayonunun Həsənriz kəndində sakinlər üçün səyyar tibbi xidmət təşkil olunub