Qida təhlükəsizliyi ilə bağlı istehlakçılar arasında SORĞU keçirilib
21.04.2021 15:55

Qida təhlükəsizliyi sahəsində ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində istehlakçıların prosesdə aktiv iştirakını təmin etmək və mövcud vəziyyəti öyrənmək məqsədilə sorğu keçirilib.


Qida Təhlükəsizliyi Agentliyindən Aztibb.az-a verilən məlumata görə, elektron formada keçirilən sorğuda opponentlərə "Daha əvvəl qida təhlükəsizliyi anlayışını eşitmisinizmi?", "İstehlak etdiyiniz qida məhsullarının istehsalında qida təhlükəsizliyi qaydalarına əməl edilib-edilməməsi ilə maraqlanırsınızmı?", "İstifadəyə yararsız, vaxtı keçmiş, qablaşdırılması pozulmuş qida məhsulu gördükdə nə edirsiniz?", "Qida məhsulları alarkən açıq, yoxsa qablaşdırılmış məhsullara üstünlük verirsiniz?", "Sizcə, son illər qida təhlükəsizliyinin təmin olunmasında görülən işləri qənaətbəxş hesab etmək olarmı?" sualları ünvanlanıb.

 

Sorğuda iştirak edən 653 nəfərdən 356-sı kişi (54.5%), 297-si isə qadındır (45.5%). Sorğuda iştirak edənlərin böyük əksəriyyərti – 82.7 %-i (540 nəfər) daha əvvəl qida təhlükəsizliyi anlayışını eşitdiyini bildirib. 653 opponentdən 530 nəfəri (81.2 %) “Son illər qida təhlükəsizliyinin təmin olunmasında görülən işləri qənaətbəxş hesab etmək olarmı?” sualına “bəli”, 123 nəfəri isə (18.8 %) “xeyr” cavabını verib.

 

Opponentlərdən 217 nəfəri (33.2%) 18-25, 197 nəfəri (30.2 %) 26-39, 147 nəfəri (22.5%) 40-54 yaş aralığında, 92 nəfəri isə (14%) 55 yaşın üzərində olan şəxslərdir. Opponentlərin (297) 45,5%-i ali təhsilli, (121) 18.5%-i natamam ali, (235) 36 %-i isə orta təhsillidir.

 

Qeyd edək ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulmuş məsələlərin icrası ilə bağlı olaraq, hazırda sorğunun respublika ərazisini əhatə etməklə növbəti mərhələsi həyata keçirilir.

 

Sorğuda iştirak etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz.

 

https://docs.google.com/forms/d/e/1FAIpQLSelMGnJAw_mImR2xale4RdNiyAXXjVVkcZm8S8UVwt8aKHuLg/viewform

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin MƏLUMATI
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb