II sinif skelet anomaliyasının korreksiyası məqsədilə xəstə üzərində ortognatik cərrahiyyə əməliyyatı icra olunub
13.08.2026 10:30

ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının üz-çənə cərrahı, professor Çingiz Rəhimov tərəfindən II sinif skelet anomaliyasının korreksiyası məqsədilə xəstə üzərində ortognatik cərrahiyyə əməliyyatı icra olunub.

 

Professor Çingiz Rəhimovun Aztibb.az-a bildiriyinə görə, ortognatik cərrahiyyə dişləmənin, eləcə də çənə sümüklərinin düzgün anatomik mövqeyinin bərpasına yönəlmiş cərrahi müalicə üsuludur. Bu əməliyyatlar çənə sümüklərinin inkişafında və qarşılıqlı münasibətində yaranmış skelet anomaliyalarının korreksiyasına imkan verir.

Əməliyyat icra olunan xəstədə II sinif skelet anomaliyası müşahidə olunub. Bu patologiya zamanı üst çənənin alt çənəyə nisbətən ön mövqedə olması və ya alt çənənin inkişafının geridə qalması nəticəsində çənələr arasında uyğunsuzluq yaranır. Xəstədə də əsas problem alt çənənin geridə yerləşməsi ilə xarakterizə olunub.

 

Çənələr arasındakı bu uyğunsuzluq həm funksional, həm də estetik problemlərə səbəb ola bilər. Estetik baxımdan alt çənənin geridə yerləşməsi üz profilində nəzərəçarpan dəyişiklik yaradır. Funksional baxımdan isə dişlərin düzgün qapanmaması nəticəsində çeynəmə funksiyası pozula, çənə-üz nahiyəsinin strukturlarına, o cümlədən temporomandibulyar oynağa əlavə yük düşə bilər.
Mütəxəssisin bildirdiyinə görə, xəstənin ortognatik cərrahiyyəyə hazırlıq mərhələsi təxminən bir il davam edib. Bu müddət ərzində ortodontik müalicə aparılıb, dişlərin və diş sıralarının əməliyyata uyğun vəziyyətə gətirilməsi, həmçinin mövcud patologiyaların aradan qaldırılması istiqamətində mərhələli hazırlıq həyata keçirilib.
Ortognatik müalicədə multidissiplinar yanaşma xüsusi əhəmiyyət daşıyır. Müalicənin uğurlu nəticəsi üçün ortodont və ağız-üz çənə cərrahının birgə fəaliyyəti vacibdir. Bu əməkdaşlıq nəticəsində xəstənin müalicə planı fərdi şəkildə hazırlanır, ortodontik və cərrahi mərhələlər ardıcıl şəkildə həyata keçirilir.
İcra olunan ortognatik cərrahiyyənin əsas məqsədi çənələr arasındakı skelet uyğunsuzluğunu aradan qaldırmaq, dişləməni və çeynəmə funksiyasını yaxşılaşdırmaq, eyni zamanda üz profilinin harmonikliyini bərpa etməkdir.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır