Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
08.08.2026 16:06

ATU-nun Üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Tədris Cərrahiyyə Klinikasının üz-çənə cərrahı Nigar Sultanova tərəfindən burun nahiyəsində daha əvvəl aparılmış əməliyyatdan sonra yaranmış deformasiya və fəsadlarla bağlı mürəkkəb cərrahi müdaxilə icra olunub.

 

Klinikadan Aztibb.az-a bildirilib ki, pasiyent təxminən 2 il əvvəl burun ucu nahiyəsindən əməliyyat keçirib. Daha sonra burun ucunun formasını dəyişdirmək məqsədilə müxtəlif gel preparatlarından istifadə edib. Müəyyən müddət sonra isə gel preparatlarının tətbiq olunduğu nahiyələrdə şişkinlik və deformasiya meydana gəlib.

 

Müayinə zamanı gel preparatlarının yalnız burun ucunda deyil, ətraf toxumalara da yayıldığı müəyyənləşdirilib. Bu səbəbdən pasiyentə gel materiallarının toxumalardan xaric edilməsi və burun ucunun formasının cərrahi yolla korreksiyası həyata keçirilib.

 

Nigar Sultanovanın sözlərinə görə, belə hallarda cərrahi müdaxilə daha mürəkkəb olur. Çünki gel preparatları toxumalar arasında yayılaraq burun ucunun müxtəlif hissələrində dəyişikliklər yarada bilər. Əməliyyatın əhəmiyyətli hissəsi məhz toxumalara yayılmış gel materiallarının mümkün qədər tam şəkildə xaric edilməsinə sərf olunur.

 

Həkim bildirir ki, burun formasının dəyişdirilməsi məqsədilə tətbiq olunan gel preparatları bəzi hallarda gecikmiş fəsadlara səbəb ola bilər. Bu fəsadlar arasında uzunmüddətli şişkinlik, toxuma deformasiyası, burun ucunda asimmetriya və dəri dəyişiklikləri yer alır. Gel materialının toxumalara yayılması isə sonrakı cərrahi korreksiyanı daha da çətinləşdirə bilər. Aparılan əməliyyat zamanı gel materialları təmizlənib, burun ucunun forması cərrahi üsulla korreksiya olunaraq pasiyentin arzuladığı anatomik görünüşün bərpasına nail olunub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır