Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
04.08.2026 18:28

Azərbaycanda elektron siqaretlərin dövriyyəsinin tam qadağan olunmasından sonra qanunvericilik bazasının yeni tələblərə uyğunlaşdırılması istiqamətində növbəti addım atılıb. Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsinə, "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" və "Qida təhlükəsizliyi haqqında" qanunlara dəyişiklikləri təsdiqləyib.

 

Aztibb.az xəbər verir ki, dəyişikliklərə əsasən, Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, satışı və istifadəsinin qadağan edilməsi ilə əlaqədar qanunvericilik aktları arasında uyğunluq təmin olunur.

 

Belə ki, elektron siqaretlərin dövriyyəsi tam dayandırıldığı üçün Vergi Məcəlləsindən bu məhsulların aksizli mallar siyahısına daxil edilməsini və onlara aksiz dərəcələrinin tətbiqini nəzərdə tutan müddəalar çıxarılıb.

 

Bundan başqa, layihə Vergi Məcəlləsində ləğv edilmiş maddələrə edilən istinadların aradan qaldırılmasını, həmçinin "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" və "Qida təhlükəsizliyi haqqında" qanunlarda müvafiq uyğunlaşdırıcı dəyişikliklərin edilməsini nəzərdə tutur.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub