ATU-nun Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
10.08.2026 18:18

ATU-nun Tədris Cərrahiyyə Klinikasına qarında kəskin ağrılar, ümumi zəiflik və halsızlıq şikayətləri ilə müraciət edən xəstəyə vaxtında qoyulan diaqnoz sayəsində həyati əhəmiyyətli əməliyyat uğurla başa çatdırılıb.

 

Klinikanın Transplantologiya şöbəsinin müdiri Anar Namazovun Aztibb.az-a bildirib ki, xəstə təxminən bir həftə əvvəl qarnında qəflətən yaranan və özünü “xəncər sancılmış kimi” büruzə verən kəskin ağrıdan şikayətlənib. İlk vaxtlar bu vəziyyəti soyuqdəymə ilə əlaqələndirərək evdə müalicə olunmağa çalışan xəstə, şikayətlərin get-gedə kəskinləşməsi nəticəsində klinikaya müraciət edib.

 

Aparılan obyektiv müayinə zamanı xəstədə “taxta qarın” əlaməti aşkarlanıb ki, bu da qarın boşluğunda ciddi patoloji prosesin göstəricisi kimi qiymətləndirilib. Qarın boşluğunun icmal rentgenoqrafiyası və kompüter tomoqrafiyası (KT) müayinələri nəticəsində xəstədə mədə perforasiyası (dəlinməsi) diaqnozu qoyulub.

Qısa müddətli əməliyyatönü hazırlıqdan sonra xəstə laparoskopik üsulla mədə perforasiyasının bərpası əməliyyatına götürülüb. Əməliyyat zamanı qarın boşluğunda təxminən 1 litr irinli maye aşkar edilərək sanasiya olunub. Aparılan təftiş nəticəsində mədədəki perforasiya sahəsi müəyyənləşdirilərək laparoskopik yolla bərpa edilib. Əməliyyatın sonunda qarın boşluğu tam sanasiya və drenaj olunub.

Mütəxəssislər bildirir ki, bu tip hallarda erkən diaqnostika və vaxtında həkimə müraciət həyati əhəmiyyət kəsb edir çünki gecikmiş müalicə ağır fəsadlarla nəticələnə bilər. Eyni zamanda qeyd olunur ki, mədə perforasiyası kimi mürəkkəb patologiyaların laparoskopik (endoskopik, kəsiksiz) üsulla müvəffəqiyyətlə aparılması ATU-nun Tədris Cərrahiyyə Klinikasının cərrahiyyə sahəsindəki güclü potensialını bir daha nümayiş etdirir.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır