Yeni Klinikada qabaqcıl Avropa tibbi təcrübəsinin tətbiqi imkanları müzakirə olunub
11.08.2026 09:45

TƏBİB-in xaricdə fəaliyyət göstərən azərbaycanlı həkimlərlə əməkdaşlığın genişləndirilməsi və qabaqcıl tibbi təcrübənin ölkəmizdə tətbiqinin təşviqi istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində Yeni Klinikada növbəti tibbi konsilium təşkil olunub.

 

Bu barədə Aztibb.az-a Yeni Klinikadan xəbər verilib.

 

Konsilium Almaniya–Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Almaniyanın “GFO Troisdorf” Xəstəxanalar Qrupunun baş həkimi Nuran Abdullayevin iştirakı ilə keçirilib.
Tibbi konsilium zamanı Yeni Klinikanın yerli həkim-mütəxəssisləri ilə birgə mürəkkəb klinik-radioloji hallar müzakirə olunub.

 

Pasiyentlərin mövcud vəziyyəti, aparılmış müayinələrin nəticələri, o cümlədən radioloji görüntülər və tətbiq olunan müalicə yanaşmaları nəzərdən keçirilib, diaqnostik və müalicəvi yanaşmalarla bağlı fikir mübadiləsi aparılıb.

 

Səfər çərçivəsində professor Nuran Abdullayev Yeni Klinikanın İnsult Mərkəzinin və Angioqrafiya bölməsinin fəaliyyəti ilə tanış olub. Burada göstərilən tibbi xidmətlər, müasir diaqnostika və müalicə imkanları, eləcə də insult xəstələrinin müalicəsində tətbiq olunan yanaşmalar barədə məlumat verilib.

 

Görüş zamanı beynəlxalq təcrübə əsasında İnsult Mərkəzinin yaradılması və inkişafı, sertifikatlaşdırılması, radiologiya xidmətlərinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun Radiologiya Mərkəzinin yaradılması müzakirə olunub. Həmçinin skrininq proqramlarının tətbiqi, prostat və süd vəzinin MRT müayinələrinin inkişaf etdirilməsi, tibbi xidmətlərin optimallaşdırılması, Almaniyanın müasir diaqnostika və müalicə təcrübəsinin Azərbaycanda tətbiqi imkanları barədə fikir mübadiləsi aparılıb.

 

Bununla yanaşı, Yeni Klinikada referans mərkəz modelinin inkişafı, rezidentlərin xaricdə təlimlərə cəlb olunması, elmi fəaliyyətin və tədqiqatların dəstəklənməsi, yerli və xarici mütəxəssislər arasında təcrübə mübadiləsinin genişləndirilməsi və qabaqcıl Avropa təcrübəsinin Azərbaycanda tətbiqi imkanları müzakirə olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır