Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
11.08.2026 13:25

Tədris Cərrahiyyə Klinikasında uzun illərdir uretra darlığından əziyyət çəkən 28 yaşlı xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub.

 

Klinikadan Aztibb.az-a bildirilib ki, ATU-nun Urologiya kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının uroloq-cərrahı, professor Rauf Nağıyevin rəhbərliyi ilə həyata keçirilən əməliyyat zamanı xəstənin uretrasında olan darlıq aradan qaldırılıb, eyni zamanda sol tərəfli II–III dərəcəli varikosele də cərrahi yolla müalicə olunub.

 

Xəstənin təxminən 6 yaşından etibarən uretra darlığı problemi ilə mübarizə apardığı məlum olub. Bu müddət ərzində sidik kanalının genişləndirilməsi məqsədilə 2–3 dəfə bujlama proseduru icra edilib.

 

Əməliyyatdan əvvəl aparılan uretroqrafiya müayinəsində arxa uretra nahiyəsində təxminən 2 santimetr uzunluğunda darlıq müəyyən edilib. Müayinə zamanı tam tıxanmanın olmadığı və kontrast maddənin sidik kisəsinə keçdiyi müşahidə olunub.

 

Xəstədə eyni zamanda sol tərəfli II–III dərəcəli varikosele aşkarlanıb. Hər iki problemin eyni cərrahi müdaxilə zamanı aradan qaldırılması təmin edilib.

 

Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir və əməliyyatdan sonrakı müşahidəsi davam etdirilir.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır