Tədris Cərrahiyyə Klinikasında 45 yaşlı xəstəyə laparoskopik histerektomiya əməliyyatı icra olunub
13.08.2026 16:19

Tədris Cərrahiyyə Klinikasında mama-ginekoloq Əzəmət Qurbanova tərəfindən 45 yaşlı xəstəyə laparoskopik histerektomiya əməliyyatı icra olunub.

 

Klinikadan Aztibb.az-a bildirilib ki, xəstədə anormal uşaqlıq qanaxması müşahidə olunub. Aparılan müayinələr zamanı uşaqlıq boynunda HPV ilə əlaqəli yüksək dərəcəli zədələnmə aşkarlanıb. Müvafiq klinik göstərişlər əsasında xəstəyə uşaqlığın laparoskopik üsulla götürülməsi əməliyyatı həyata keçirilib.

 

Əməliyyat zamanı minimal invaziv qapalı cərrahi yanaşmadan istifadə olunub. Xəstənin yaşı, klinik vəziyyəti və yumurtalıqlarda hər hansı problem aşkarlanmadığı nəzərə alınaraq yumurtalıqların qorunması mümkün olub.

 

Laparoskopik histerektomiyanın əsas üstünlükləri arasında daha az toxuma travması, əməliyyatdan sonra daha az ağrı, qarın boşluğunda bitişmə və yapışmaların daha az olması, həmçinin xəstənin daha sürətli reabilitasiya və sağalma dövrü keçirməsi qeyd olunur.

 

Əməliyyat uğurla başa çatdırılıb. Xəstənin vəziyyəti hazırda stabildir və tibbi nəzarət altında saxlanılır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır