70 yaşlı pasiyent üzərində total diz oynağının endoprotezləşdirilməsi əməliyyatı icra olunub
07.08.2026 16:39

ATU-nun Travmatologiya və Ortopediya kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının travmatoloq-ortoped cərrahı İsmixan Mətiyev tərəfindən 70 yaşlı pasiyent üzərində uğurlu total diz oynağının endoprotezləşdirilməsi (total diz artroplastikası) əməliyyatı həyata keçirilib.

 

Klinikadan Aztibb.az-a verilən məlumata görə, pasiyent 6 il əvvəl tərəfimizdən icra olunan sol diz oynağında aparılmış endoprotezləşdirmə əməliyyatından uğurlu nəticə əldə edib. Rentgenoloji müayinələrdə həmin protezin normal vəziyyətdə olduğu müşahidə edilir. Son dövrlərdə isə sağ diz oynağında deformasiyalaşdırıcı osteoartrozun irəliləməsi, güclü ağrı və hərəkət məhdudiyyəti səbəbindən yenidən Tədris Cərrahiyyə Klinikasına müraciət edib.

 

Əməliyyat orta hesabla 1 saat davam edib, cərrahi müdaxilə zamanı diz oynağı açılaraq artroz nəticəsində zədələnmiş qığırdaq toxuması və oynaq səthləri xaric edilib, onların yerinə müasir diz endoprotezi implantasiya olunub.

 

Total diz artroplastikasının əsas məqsədi ağrının aradan qaldırılması, diz oynağının funksiyasının və hərəkət həcminin bərpası, həmçinin pasiyentin gündəlik həyat keyfiyyətinin yüksəldilməsidir.

 

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib