Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
04.08.2026 18:14

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə "Naxçıvan Sağlamlıq Mərkəzi" PHŞ-nin ixtisaslı həkim briqadası tərəfindən 4 avqust 2026-cı il tarixində Kəngərli rayonunun Çalxanqala Kənd Tibb Məntəqəsində növbəti tibbi müayinə aksiyası təşkil olunub.

 

Naxçıvan MR Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, aksiya çərçivəsində sakinlər endokrinoloq, nevroloq, terapevt və kardioloq həkimləri tərəfindən müayinə olunub, ehtiyac yaranan şəxslərə elektrokardioqrafik (EKQ) müayinə aparılıb. Müayinələrin nəticələrinə əsasən vətəndaşlara müvafiq tibbi məsləhətlər verilib, zərurət olduqda əlavə müayinə və müalicə üçün ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilmələri təmin edilib.

Aksiya zamanı ümumilikdə 28 vətəndaş müraciət edib. Müraciət edən vətəndaşlara ümumilikdə 115 tibbi müayinə və diaqnostik xidmət göstərilib. Belə ki, 23 endokrinoloji, 21 nevroloji, 15 terapevtik və 28 kardioloji müayinə aparılıb, həmçinin 28 EKQ müayinəsi icra edilib.

Əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin əlçatanlığının artırılması və profilaktik tədbirlərin genişləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu məqsədlə təşkil olunan səyyar tibbi müayinə aksiyalarının gələcəkdə də mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb