Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
07.08.2026 15:50

2026-cı il iyulun 3-də hamiləliyin 28-ci həftəsində olan qadın Respublika Klinik Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə daxil olub. Aparılan instrumental və laborator müayinələrin nəticələrinə əsasən pasiyent təcili əməliyyata alınıb. Əməliyyat Hamiləliyin patologiyası şöbəsinin müdiri, mama-ginekoloq Xatirə Həsənova tərəfindən uğurla icra olunub.

 

Bu barədə Aztibb.az-a Xəstəxanadan məlumat verilib.

 

Nəticədə 660 qram çəkidə oğlan uşağı dünyaya gəlib.

 

Yenidoğulmuş dərhal həkim-neonatoloq Xatirə Məmmədovanın nəzarəti altında Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib. Körpənin vəziyyəti nəzərə alınaraq ona mərhələli şəkildə tənəffüs dəstəyi göstərilib. İlk mərhələdə invaziv mexaniki ventilyasiya (İVL), daha sonra isə CPAP və maska vasitəsilə oksigen terapiyası tətbiq olunub.

 

Körpə 34 gün ərzində Yenidoğulmuşların intensiv terapiya şöbəsində yüksək ixtisaslı tibbi heyətin nəzarəti altında müalicə alıb. Həkimlərin peşəkar yanaşması və göstərilən intensiv tibbi yardım nəticəsində körpənin sağlamlıq vəziyyəti sabitləşib və 1895 qram çəki ilə 2026-cı il avqustun 5-də evə buraxılıb.

 

Pasiyent və ailə üzvləri göstərilən yüksək peşəkarlığa və qayğıya görə Hamiləliyin patologiyası şöbəsinin müdiri Xatirə Həsənovaya, həkim-neonatoloq Xatirə Məmmədovaya, Hamiləliyin patologiyası şöbəsinin və Yenidoğulmuşların intensiv terapiya bölməsinin kollektivinə, həmçinin Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımova səmimi təşəkkürlərini bildiriblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır